booked.net booked.net  

Məlum olduğu kimi, son vaxtlar yeni doğulan körpələr arasında da koronavirusa yoluxma hallarının olması və bəzilərinin süni tənəffüs aparatına qoşulması ilə bağlı xəbərlər yayılmaqdadır.

Məsələ ondadır ki, normalda uşaqlar koronavirusu yüngül, simptomsuz keçirir. Lakin yeni doğulan körpələrdə sözügedən infeksion xəstəliklə bağlı ağırlaşma, ölüm halı müşahidə edilir.

Bəs görəsən, yeni doğulan körpələr arasında koronavirusdan ağırlaşma və ölüm halları hansı səbəbdən baş verir?  Hamilə qadının koronavirusa yoluxması risklidirmi?

Mövzu ilə bağlı danışan pediatr Sevda Novruzova hamilə qadının koronavirusa yoluxmasının bətnindəki uşağa mənfi təsir etdiyini bildirib. Pediatr ölüm səbəbləri ilə bağlı da fikirlərini bölüşüb: "Hamilə qadınlar hansı xəstəliyi keçirirsə-keçirsin, bu, bətndaxili dölə mənfi təsir edir. Bura hüceyrədaxili infeksiyalar da aid ola bilər, qrip xəstəliyi də, koronavirus da... Yəni qadın hamilə olarkən koronavirusa yoluxarsa, bu, ana bətnindəki uşağa mənfi təsiri göstərəcək. Südəmər dövrdə uşaq ana südü qəbul edirsə, virus infeksiyasına az halda yoluxa bilir. Yeni doğulan uşağın koronavirusdan ağırlaşmasına ağciyər çatışmazlığı, pnevmoniya səbəbindən ola bilər".

Pediatr hamilə xanımların vaksin olunması məsələsinə də toxunub: "Hamilə qadınların vaksin olunması məsləhətlidir, çünki vaksin olunan xanımda sonradan bu kimi patalogiyalara rast gəlinmir. Vaksinin bədənə yan təsiri olmasa, hamilə qadınlar istifadə edə bilər. Birinci trimestrdə ana olmağa hazırlaşan xanımlara hansısa dərman müalicəsi məsləhət görmürük. Lakin ikinci və üçüncü trimestrdə əgər ehtiyac varsa, dərman məsləhət görülür. Bu baxımdan, xanımlar artıq iki və üçüncü trimestrdə koronavirus əleyhinə vaksin oluna bilərlər. Bununla xanım həm özünün, həm də doğulacaq körpənin qayğısına qalmış olur".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN