booked.netbooked.net booked.net  

...Şuşa Günü və Xankəndi paradı məqamında vətənpərvər və Qarabağsevər şair Ənvər Əhmədi xatırlamağı özümə borc bildim...
Bir gün jurnalist, hazırda Şuşa Bülbül Ev Muzeyinin direktoru Fəxrəddin Hacıbəyli ilə birlikdə redaksiyadan çıxıb "Azərbaycan" nəşriyyatının qarşısındakı avtobus dayanacağının yanında söhbət edirdik. Birdən qara pərdəli, qara rəngli bir "QAZ-31" yanımızda dayandı. Sürücü qapını açıb düşəndə gördük ki, Ənvər Əhməddir. Qucaqlaşıb görüşdük. Üzünü mənə tutub- Ə, qağa, burda niyə durmusunuz?
 Mən dillənməmiş Fəxrəddin Hacıbəyli gülə- gülə: - Heç, Ənvər müəllim, dedik bəlkə bir duxlu oğlan bizi görüb dedi ki, ə, burda niyə durmusunuz, durun gedək yeyib- içməyə...
Ənvər müəllim heç nə demədən məxsusi yumoristik jestlə maşınına tərəf gedərək: -Ə, oturun maşına, o axtardığınız duxlu oğlan özü yanınıza gəlib...
 Qısası, getdik "Kinostudiya"nın həyətindəki məşhur restorana... Duranda isə nə desə yaxşıdır: "Fəxrəddin, sabah da orda duracaqsınız?". Fəxrəddin də özünəməxsus zarafatla: "Ənvər müəllim, boynum qıldan nazikdir, məsləhətdirsə, sabah da duraq orda...".
Ənvər müəllim cibindən 200 dollar çıxardıb bizə uzatdı: "Sabah da orda durun, amma məni gözləməyin, tezdən Ağcabədiyə gedirəm, mənsiz gedirsiniz istədiyiniz restorana... Amma bir şərtlə: mənim sağlığıma yüz vurub deyin ki, Ənvər müəllim, burda yaman yerin görünür...".
Allah rəhmət eləsin, həqiqətən də Şuşalı, Ağdamlı, Xankəndili, Laçınlı, Cəbrayıllı, Füzulili, Qubadlılı, Zəngilanlı, Xocalılı, Ağdərəli, Kəlbəcərli, Xocavəndli... günlərimizdə Ənvər Əhmədin yeri çox
görünür...
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN