BRİTANİYANIN XİN RƏHBƏRİNİN QARABAĞLA BAĞLI HƏQİQƏTİ DEMƏSİ ERMƏNİ İRQÇİLƏRİ QIZIŞDIRIB - ÇİRKİN KAMPANİYAYA START VERİBLƏR

BRİTANİYANIN XİN RƏHBƏRİNİN QARABAĞLA BAĞLI HƏQİQƏTİ DEMƏSİ ERMƏNİ İRQÇİLƏRİ QIZIŞDIRIB - ÇİRKİN KAM...

ANC UK - Böyük Britaniyadakı ən böyük erməni lobbi təşkilatı - ölkənin xarici işlər naziri Devid Lemmiyə qarşı kampaniya başladıb.

FRİDRİX NİTSŞE:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı

FRİDRİX NİTSŞE:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı

        Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı                                                 III HİSSƏ 6          Ancaq sonra hamının  ...

SENTYABRIN 20-Sİ AZƏRBAYCANDA DÖVLƏT SUVERENLİYİ GÜNÜ KİMİ QEYD EDLƏCƏK - PREZİDENTDƏN SƏRƏNCAM

SENTYABRIN 20-Sİ AZƏRBAYCANDA DÖVLƏT SUVERENLİYİ GÜNÜ KİMİ QEYD EDLƏCƏK - PREZİDENTDƏN SƏRƏNCAM

 Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

"ATƏT VƏ AŞ-DAN AÇIQ MÖVQE ORTAYA QOYMASINI TƏLƏB EDİRİK" - AZƏRBAYCAN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİ MƏKTUB ÜNVANLADI

"ATƏT VƏ AŞ-DAN AÇIQ MÖVQE ORTAYA QOYMASINI TƏLƏB EDİRİK" - AZƏRBAYCAN VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏ...

 Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar.

 JURNALİSTLƏR VƏ SOSİAL MEDİA BLOGERLƏRİ İSMAYILLIDA TƏLİM KEÇİR

JURNALİSTLƏR VƏ SOSİAL MEDİA BLOGERLƏRİ İSMAYILLIDA TƏLİM KEÇİR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə senty...

MİLLİ QƏHRƏMAN NATİQ QASIMOVUN DÖYÜŞ YOLUNDAN BƏHS EDƏN ROMAN YAZILIR…

MİLLİ QƏHRƏMAN NATİQ QASIMOVUN DÖYÜŞ YOLUNDAN BƏHS EDƏN ROMAN YAZILIR…

Tanınmış jurnalist, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Natiq Qasımovun ailəsi ilə həmsöhbət olub, onun döyüş yoldaşlarının xatirələrini ...

МИД РФ об иранских политических играх

МИД РФ об иранских политических играх

Я ранее писал, что иранские политики по воле старца Хаменеи заголосили о вреде Зангезурского коридора иранской стороне. https://www.blogger.com/blog/p...

Хамское верхоглядство из Ирана, или менторский тон Тегерана с Турцией и Россией

Хамское верхоглядство из Ирана, или менторский тон Тегерана с Турцией и Россией

Очередной иранский политик с присущим иранским политикам оскорбительно-вульгарным и поучительным тоном выступил по отношению России и Турции.

"Partiyamızın Dəyərləri Həmişə Yanımdadır"

"Partiyamızın Dəyərləri Həmişə Yanımdadır"

"MHP Ankara Böyükşəhər və Sincan Bələdiyyəsi Şəhər Şurası Üzvü Adnan Taha Tuğrul, MHP Ankara İl Başkanlığının qərarına uyğun olaraq istefa etdiyini aç...

MEDİA

18-Sent-2024 By Elbar Şirinov

JURNA…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə

Detay

...Bu gün Xalq artisti, əbəzssiz və əvəzolunmaz, təkrarsız səs sahibi Qədir Rüstəmovun doğum günüdür...

Bu gün onun doğum günüdür... Təsadüfdən zərurət doğur! Bu məşhur fəlsəfə hər kəsə agahdır. Bu gün o mənada, Qədir Rüstəmova da agahdır ki, onun ad günü olan 20 noyabr həm də bircə gün də olsa ayaq basıb, ermənilərin 1993- cü ildən üzü bəri viranə qoyduğu və quruca divarları qalmış evinin uçuqlarını görmək istədiyi Ağdamın işğaldan azad edildiyi gündür!
Qısası, bu gün Ağdamın və Qədir Rüstəmovun ad günüdür!

Bu gün həm də Qədirin günüdür! 3 ildir ki, ruhu Ağdamda, həmin o evinin həyətindədir, Qarabağdadır, Şuşadadır...

XXX

Bu gün Qədir Rüstəmovun doğum günüdür. Yaşasaydı 88 yaşını qeyd edəcəkdi... Amma yaşamadı... Ağdamsız yaşaya bilmədi... Lakin Ağdamda- ağdamlıların, külli Azərbaycanın qəlbində, musiqi- muğam ruhunda yaşayır, oxuyur... 88 yaşlı Qədir Rüstəmov!

O, "Qızıl fond"da qaldıqca qızıla dönən muğamları, segahları... ilə əbədi yaşardır. 

Allah rəhmət eləsin! Ona "Həyatda yoxdur..." deməyə adamın dili gəlməz! Axı necə deməyəsən ki, Qədir Rüstəmov ondan əbədi yadigar qalmış muğamlarında elə əbədi də yaşayır...

Aşağıdakı yazını 2011- ci ildə yazmışdım... Ailəsi məndən xahiş etdi ki, bu yazını yenidən çap edim, yayımlayım. Mən də bu yazını Qədir Rüstəmovun ruhuna dualar oxumaqla ad günündə təqdim etməli oldum:

"QARABAĞSIZ QARABAĞLILAR...

(Torpaq uğrunda şəhid olmuş qəhrəmanlarımızın və torpaqlarımızın işğalına dözməyərək dünyasını dəyişmişlərimizin xatirəsinə ithaf olunur)

 "Vətən və Qarabağ sizin üçün nədir?", - sualı ilə məndən bir qarabağlı kimi müsahibə götürən gənc jurnalistə dedim ki, "Bilirsiniz, Vətən mənim üçün həm də Qarabağdır. Amma təəssüf ki, Qarabağ hələki mənim üçün Vətən deyil... Və mən özümü hələki qarabağlı saymıram. Çünki qarabağlı-ağdamlı, xocavəndli, şuşalı, kəlbəcərli, laçınlı... olmağım üçün mən Ağdamda, Laçında, Şuşada, Xocavənddə olmalıyam. Və Qarabağsız qarabağlıların sayı artıq 1 miyonu çoxdan ötüb...".

 Gənc jurnalist Azərbaycanın başqa bölgəsindən olsa da, torpaq itkisini, yurd həsrətini həyatında yaşamasa da, doluxsundu və "Mən həm də indi yurdsuz yaşamağın nə olduğunu başa düşdüm...", -deyərək bir də bu suala qayıtmadı.
Sonralar bu mövzuda bir publisistik yazı hazırlayıb qəzetdə dərc etdirdim. Bəli, Ağdamlı olmaq üçün Ağdamda olmalı idim. Amma mən, sən, o və bizim hamımız Ağdamda olmayan ağdamlı, Ağdamı olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlıyıq. Niyə? Nədir günahımız? Sən isə Xocavənddə olmayan xocavəndli, Xocavəndi olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlısan... Və mənim üçün doğulduğum Mərzili kəndi vətəndir, ocaqdır və Mərzilinin də vətəni Ağdamdır, Ağdamın vətəni Qarabağ, Qarabağın isə vətəni Azərbaycandır!

 Mən Şuşada sonuncu dəfə 1991-ci ilin iyulunda oldum. Ağdamda 1993-cü ilin iyununda. Füzulidə və Cəbrayılda, Zəngilanda, Cəbrayılda... isə 1993-cü ilin avqustunda. Bakıdan ezam olunmuşdum. Kənd təsərrüfatı nazirinin müavini Xəlyəddin Xəlilovla birgə əhalinin və kənd təsərrüfatı heyvanlarının döyüş bölgəsindən geriyə-Bakıya doğru  çıxarılması əməliyyatında iştirak edirdik... Həmin torpaqlar gözümün qabağında boşalırdı.

...İllər keçdi. Sonra xatirələrimiz boşalmağa başladı, Bakıda məcburi köçkün, didərgin olduq. Adı Azərbaycanla bir olanlarımız "məcburi köçkün" oldu. İlahi, elə bir yurdun övladlarına bu nə zülm idi verirdilər??? 

***

...Neçə gün əvvəl axşam bir yerdə danışıb-gülüb, söhbət etdiyim yaxın qohumlardan biri səhər saatlarında qəflətən rəhmətə getdi... Onu Hövsan qəbirstanlığında dəfn etdik. Yaşı 60-ı təzəcə keçmişdi. Sapsağlam bir insan idi. Amma ən azı mən bilirəm ki, o, daim torpaq, Qarabağ dərdi ilə yaşayırdı. Daha doğrusu, bu dərdin içində çabalayırdı. Sözümün canı var: yadımdadır ki, həmin qəbirstanlıq təxminən iki il əvvəl salınmışdı, daha bir qohumu burada dəfn edəndə orada 5-10 məzar var idi. Qəbir daşlarından  və üzərindəki yazılardan da görünür ki, buradakı məzarların demək olar hamısı Qarabağ bölgəsindən didərgin düşüb Bakıda "müvəqqəti məskünlaşmış" (20 il də müvəqqəti məskunlaşma olar?) insanlardır. İki il ərzində burada minlərlə qəbir yerləri qazılmışdır. Bu dəhşətlidir!

 Qohumun dəfn mərasimində Allaha dua edib Quran oxuyan axunda dedim ki, sən Allah, böyük yaradana bir arzumuzu da çatdır ki, o torpaqların tezliklə bizə qayıtmasına bir əncam çəksin, yoxsa, bir-iki il də keçsə, bu məzarlıqda yer qalmayacaq...

XXX 

...Qədir Rüstəmov Bakıdakı 2-ci Fəxri xiyabanda  dəfn ediləndən sonra Qarabağ mənim üçün bir vaxtlar qədrini bilmədiyim, üstündə gəzdiyim torpaq və qürur yeri kimi bir daha ürək sızıltısı ilə yadıma düşdü... Onun ən böyük arzusu Ağdamda ölmək idi,  amma o, Ağdamda ölə bilmədi...Və o anda Ağdamı xatırladım. Ağdam mənim üçün qürur yeridir. Bu ifrat dərəcədə rayonçuluq əhval-ruhiyyəsi də deyil. Mən Ağdamı həm də ona görə çox sevirəm ki, dardadır və onu bu dardan qurtara bilməmək çarəsizliyimi onu dəlicəsinə sevməyimlə əvəzləyir, günahımı, sanki bununla yuyuram. Həmçinin Şuşanı, Laçını, Kəlbəcəri, Xocalını, Xocavəndi... və Göycəni, Zəngəzuru.

Mənim üçün Qarabağ Pənah Xan, İbrahim Xan, Sultan bəy, Xosrov bəy, Qasım bəy Zakir idi, Əhməd bəy Ağaoğlu idi, Natəvan idi, Üzeyir bəy idi, Xudu Məmmədov idi, Qədir Rüstəmov idi, Şirin Mirzəyev idi, Fred Asif idi, Eldar Bağırov idi... Bir də 20 ildi Qarabağsız yaşayan qarabağlıların içindəki yurda qayıdış istəyinin varlığıdır. İndi nə Pənah xan var, nə  Üzeyir bəy, nə də... Qədir də getdi. Yenə heç olmasa "Sona bülbüllər"i oxuyub Ağdamı bizə xatırladırdı.

20 ildi bu xatirələr və xəyalllar, əlçatmaz arzular içində Qarabağsız qarabağlı olaraq yaşayırıq. Əslində isə yaşamırıq, ölüb-dirilirik. çünki ayağımızın altındakı torpaq yoxdur, göz açdığımız ocaq yoxdur, bir də ölmək və basdırılmaq üçün torpağımız-yurdumuz yoxdur. Qarabağsız ölə bilməyən nə qədər ahıllar-qocalar tanıyıram ki...

XXX

Bir gün Qədir Rüstəmov mobil telefonuma zəng etmişdi. Həmin gün onun ad günü olduğunu internetdən oxumuşdum. Hal-əhval tutandan sonra ad gününü təbrik etdim. Güldü, dedi, ə qağa, sən Allah bəsdi, nə ad günü... Və mən ona bir arzumu çatdırdım. Dedim, qağa, bir arzum və təbrikim var...

 - Hə, di de görüm,- deyərək diqqətlə məni dinlədi. Mən də elə belə də idedim: "Arzu edirəm, Allah səni Ağdamda...".

 Bir az duruxdum, sonra elə belə də dedim: "Allah səni Ağdamda öldürsün!".

Doluxsundu, kövrəldi və ağladı. Dedi, "Sən öl, bu arzu elə bil  maa bir milyondu. Allah ağzından eşitsin!"

Amma təəssüf ki, Allah-Təalanın başı çox qarışıq olduğundan nə mənim səsimi eşidə bildi, nə də Qədir Rüstəmovun bu arzusunu gerçəkləşdirmə qərarını verdi... Və Qədir getdi. Qədirə qədər on minlərimiz getmişdi. Qədirdən sonra isə elə o qədərimiz də gedib. Amma hələ ki, heç birimiz Qarabağa gedə bilmirik, Bakıda, Şəkidə... torpağın altına gedirik... 

Sonda: bir dəfə Tamerlan Qarayev "Qarabağ evi" adlı bir məclis yaratmaq isətyirdi. Qəzetimizə müsahibə verirdi. Soruşdum ki, bunda məqsəd nədir, dedi ki, indi camaatımız arasında rəhmətə gedən çox olur, onların dəfn mərasimlərinin təşkilinə yardım etmək istəyirik...

 Dedim, Tamerlan bəy, məncə, indi ölüləri deyil, diriləri ağlamağın vaxtıdır... Kədərlə üzümə baxıb "Düz deyirsən, amma..." söylədi...

Bircə qorxum var: nə vaxtsa itirilmiş Qarabağı qaytaracağıq, amma itən qarabağlılığı çətin qaytaraq. Bax onu qorumaq lazımdır!

Asif MƏRZİLİ

(2011)

 

Pin It

CƏMİYYƏT

19-Sent-2024 By Yasemen Memmedov

SENTYABRIN 20-Sİ AZƏRBAYCANDA DÖVLƏT SUVERENLİYİ…

 Hər il sentyabrın 20-si Azərbaycan Respublikasınd

16-Sent-2024 By Yasemen Memmedov

İLK DƏRS BAŞLADI - ƏN…

Bu gün Azərbaycanda yeni tədris ili başladı.

13-Sent-2024 By Yasemen Memmedov

HESABLAMA PALATASI DƏNİZKƏNARI BULVAR İDARƏSİ…

Azərbaycan Respublikası Hesablama Palatasının sədr

SİYASƏT

19-Sent-2024 By Yasemen Memmedov

BRİTANİYANIN XİN RƏHBƏRİNİN QARABAĞLA BAĞLI…

ANC UK - Böyük Britaniyadakı ən böyük erməni lobbi

19-Sent-2024 By Yasemen Memmedov

"ATƏT VƏ AŞ-DAN AÇIQ MÖVQE…

 Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT

18-Sent-2024 By Asif Memmedov

МИД РФ об иранских политических…

Я ранее писал, что иранские политики по воле старц

16-Sent-2024 By Yasemen Memmedov

PKK- ÇILAR FRANSADA TERRORÇULARI "ANIR"…

Bu ölkə yenə də PKK-çılara nəfəs verir...

16-Sent-2024 By Asif Memmedov

PAŞİNYAN AVROPAYA BƏRK TƏLƏSİR: İMZALAR…

Sentyabrın 16-da Ermənistanda ölkənin Avropa İttif

MƏDƏNİYYƏT

19-Sent-2024 By Yasemen Memmedov

SƏMƏD SƏMƏDOVA GÖRƏ DUET ORTAQLARI…

"Elgizlə İzlə" verilişində Əməkdar artist Bəsti Bə

16-Sent-2024 By Elbar Şirinov

ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

(Faiq Balabəylinin bal kimi şeirləri) Salam olsun

16-Sent-2024 By Elbar Şirinov

MAYKL CEKSONUN QARDAŞI VƏFAT EDİB

Sentyabrın 15-də, 71 yaşına düz bir ay qalmış Tito

13-Sent-2024 By Yasemen Memmedov

TOYDA FONOQRAM OXUDUĞUNA GÖRƏ DÖYÜLƏN…

Əməkdar artist Lalə Məmmədova bir neçə gün əvvəl q

12-Sent-2024 By Elbar Şirinov

ÖMRÜN PAYIZ ÇAĞI...

Şair Fəxrəddin Əsədin 70 illiyinə

12-Sent-2024 By Asif Memmedov

BU DA LƏMANIN FƏRDİ SƏRGİSİ-TƏLƏSİN!

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

KRİMİNAL

18-Sent-2024 By Elbar Şirinov

BİNƏQƏDİDƏ XÜSUSİ ƏMƏLİYYAT: NARKOTİK VASİTƏLƏR…

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfi

18-Sent-2024 By Elbar Şirinov

ÖTƏN GÜN 49 KİLOQRAMDAN ÇOX…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

18-Sent-2024 By Elbar Şirinov

CƏLİLABADDA NARKOKURYER SAXLANILIB

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz d

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

19-Sent-2024 By Yasemen Memmedov

QƏDDARLIQ: ANA EV TAPŞIRIQLARINI YERİNƏ…

Şimali Qazaxıstan vilayətində ev tapşırığını yerin

19-Sent-2024 By Elbar Şirinov

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ MOSKVADA…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri R

19-Sent-2024 By Elbar Şirinov

UKRAYNA SİLAHLI QÜVVƏLƏRİNİ TƏNQİD EDƏN…

Ukrayna Silahlı Qüvvələrini tənqid etməsi ilə tanı

19-Sent-2024 By Elbar Şirinov

XİN: YEKUN SÜLH SAZİŞİNİN İMZALANMASI…

Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-

19-Sent-2024 By Elbar Şirinov

Aİ UKRAYNAYA SİLAH ALMAQ ÜÇÜN…

Avropa Parlamenti öz qətnaməsində Aİ ölkələrini sa

19-Sent-2024 By Elbar Şirinov

RUSLAR F-16-NIN QALIQLARINI TƏDQİQ ETSƏLƏR…

F-16 qalıqlarının rusiyalı mütəxəssislər tərəfində

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

17-Sent-2024 By Elbar Şirinov

LƏNKƏRANDA "YEDDİ BULAQ" RESTORANININ FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI

Daxil olan müraciət əsasında Lənkəran rayonu, Kəna

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

19-Sent-2024 By Yasemen Memmedov

ASİYA …

Asiya İnkişaf Bankı (AİB) Özbəkistan hökumətinə ba

TƏHSİL

19-Sent-2024 By Yasemen Memmedov

2024-C…

Hacıqabul  rayonunda təhsil almış abituriyentlərdə