İRAN ABŞ-IN SEÇKİLƏRDƏN SONRA KEÇMİŞİN SƏHVLƏRİNİ DÜZƏLTMƏK ŞANSININ OLDUĞUNU AÇIQLAYIB

İRAN ABŞ-IN SEÇKİLƏRDƏN SONRA KEÇMİŞİN SƏHVLƏRİNİ DÜZƏLTMƏK ŞANSININ OLDUĞUNU AÇIQLAYIB

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, ABŞ prezident seçkiləri Ağ Evə “keçmişin səhvlərini düzəltmək” şansı verir.

CEYHUN BAYRAMOV İSPANİYALI HƏMKARI İLƏ COP29-A HAZIRLIĞI MÜZAKİRƏ EDİB

CEYHUN BAYRAMOV İSPANİYALI HƏMKARI İLƏ COP29-A HAZIRLIĞI MÜZAKİRƏ EDİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno a...

ERMƏNİSTAN XİN: YEREVAN VƏ BAKI SÜLH SAZİŞİNİN BÜTÜN MƏTNI ÜZƏRİNDƏ HƏLƏ RAZILIĞA GƏLMƏYİBLƏR

ERMƏNİSTAN XİN: YEREVAN VƏ BAKI SÜLH SAZİŞİNİN BÜTÜN MƏTNI ÜZƏRİNDƏ HƏLƏ RAZILIĞA GƏLMƏYİBLƏR

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, İrəvan və Bakı hələlik sülh sazişinin bütün mətni üzrə razılığa gəlməyib.

TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ NORMALLAŞDIRMAQ NİYYƏTİNDƏDİR, AMMA...

TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ NORMALLAŞDIRMAQ NİYYƏTİNDƏDİR, AMMA...

Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq.

İSMAYILLININ İCRA BAŞÇISININ COP29 ƏRƏFƏSİNDƏ ÖZBAŞINALIĞI SƏRHƏD TANIMIR

İSMAYILLININ İCRA BAŞÇISININ COP29 ƏRƏFƏSİNDƏ ÖZBAŞINALIĞI SƏRHƏD TANIMIR

 Prezidentin Sərəncamı ilə «…sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsindəki səmərəli fəaliyyətlərinə görə» “Tərə...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-VII HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-VII HİSSƏ

Cavan və qoca arvadlar haqqında           “Gecənin bu qaranlığında gizlin-gizlin hara gedirsən, Zərdüşt? Və paltarının altında diqqətlə gizlətdiyin n...

DİQQƏT: SABİQ ANS-Çİ BU PLASTİK HƏKİM VƏ KOSMETOLOQLARIN SAXTA DİPLOMLU OLDUĞUNU DEYİB - SİYAHI

DİQQƏT: SABİQ ANS-Çİ BU PLASTİK HƏKİM VƏ KOSMETOLOQLARIN SAXTA DİPLOMLU OLDUĞUNU DEYİB - SİYAHI

Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bir çox  plastik həkim və kosmetoloqların əslində saxta diplomlu olduğunu bəyan edib, həm də 30 min müq...

TRAMP, YOXSA HARRİS?-AMERİKA KİMİ SEÇƏCƏK?

TRAMP, YOXSA HARRİS?-AMERİKA KİMİ SEÇƏCƏK?

Xəbər verdiyimiz kimi, ABŞ vətəndaşları ölkəni 4 il idarə edəcək 60-cı Prezidentini və vitse-prezidentini seçəcək.

Очередные провокационные заявления французского посла

Очередные провокационные заявления французского посла

 «Я приехал, чтобы поддержать весь Сюник, включая Неркин Ханд. Я всего лишь наблюдал, видел все, что происходит.

MEDİA

05-Noy-2024 By Asif Memmedov

İSMAYI…

 Prezidentin Sərəncamı ilə «…sahibkarlığın genişlə

Detay

"Azərbaycan Milli  Elmlər Akademiyasının Tarix İnstitutunda hazırda baş verənlər nə tariximizə, nə də elmimizə yaraşan hal deyil..."

Bu sözləri "Təzadlar"a danışan Tarix İnstitunun aparıcı elmi işçisi Günel Aslanlı rəhbərlik tərəfindən bir müddətdir ona qarşı davam edən təhdidlərdən də bəhs etdi... İnstitutda baş verən bəzi hadisələri qeyd edən həmsöhbətimizi redaksiyaya dəvət etdik. Onunla geniş müsahibəni təqdim edirik:

-Günel xanım, açığı, hesab edirdik ki, ötən dəfəki müsahibənizdən sonra baş verən qalmaqallara artıq son veriləcək, amma deyəsən, əksi baş verir. Nəzərinizə çatdırım ki, müsahibəniz böyük rezonans doğurubdur, xüsusilə elmi ictimaiyyət arasında. Qeyd edək ki, biz sizə görə də çox narahat idik, çünki sizin məlum müsahibənizi yayımladıqdan sonra həm direktor Kərim Şükürov tərəfindən sizə qarşı olan təhdidlər, eləcə də anonimşikıərin hədələyici və təhqiredici məktubları, həm də qəzetin rəsmi elektron poçtuna gələn qeyri-etik və eybəcər ifadələrlə yazılmış maillərdən, təhdidlər... Və aydın oldu ki, bizə qarşı belə reaksiyalar olduğu halda, görün sizə qarşı indi hansı təqiblər başladılıbdır...

-Mən sizinlə hər zaman görüşməyə hazıram. Təqib yox, mən deyərdim, t.ü.f.d. Günel Aslanlıya qarşı AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov tərəfindən elan edilmiş müharibə... İnanın, mən tərəfdə də vəziyyət heç də ürəkaçan deyil. Belə ki, direktor Kərim Şükürov əlaltıları vasitəsilə təqibləri və mənəvi terroru davamlı şəkildə yüksələn xətlə aparır. Elə yeri gəlmişkən direktorun özünün və ətrafının sizə qarşı və mənim barəmdəki iyrənc məktubları, zəngləri barədə redaksiya qrupu olaraq siz ətraflı məlumat verdiniz. Eyni iyrənc söhbətləri də institutda yaymağa çalışırlar. Bundan əlavə, institut əməkdaşlarına, hətta mənimlə salamlaşmaq belə qadağan olunubdur. İnstitut daxilində mənə dəhlizlərdə, kamera çəkən sahələrdə salam belə verməkdən çəkinən əməkdaşlar, sonra ya gizli yaxınlaşaraq, yaxud da mesajlar göndərərək “Günel xanım, bizi qınama, direktordan qorxuruq, bizi hədələyərək – “Sizi kameralardan izləyirəm, onunla nə məqsədlə görüşürsüz?” deyir.” Siz buyurun, bu da həmin əməkdaşların mesajları.  Bütün bunlar azmış kimi, mənim iş saatından kənar görüşdüyüm dostlarımı və həmkarlarımı belə Kərim Şükürov otağına çağıraraq, “Eşitdim Günel Aslanlı ilə görüşürsən, oturub onunla kofe içirsən? Sən bilmirsən o mənim düşmənimdir?” və s. ifadələr səsləndirməyi özünə yaraşdırır. Hətta elmi konfranslarda belə təsadüfən rastlaşıb görüşdüyüm alim yoldaşlara belə bu kimi fikirləri səsləndirməkdən çəkinmir. Sizcə bu terror deyil, nədir? 37-ci il repressiyaları haqqında kitablardan oxuduğumuzu, indi mən bütün bunları bilavasitə yaşayıram. O zamankı siyasi terroru, mən hazırda mənəvi terror olaraq yaşayıram...

84537ad8-7665-4794-8d66-b16a66119b42

-Deyirsiniz sizin də elektron poçtunuza təhqir dolu, iyrənc, mənəviyyatsız məktublar gəlməkdə davam edir?

-Bəli, belə əxlaqa sığmayan məktublar gəlməkdə davam edir. Və mən deyərdim ki, daha iyrənc, daha çirkin, daha biədəb üslublara keçilibdir. Təsvir etməyə söz tapa bilmirəm, hansı mənəviyyatla yazılıb, dərk etmək mümkünsüzdür. Sizin və mənim elektron poçtlarımıza gələn bu iyrənc mətnləri tutuşdurduqda müəllifin eyni şəxs olduğu bariz şəkildə görünür. Bildiyim qədər sizin rəhbərlik aidiyyəti dövlət orqanlarına müraciət edib... Dediyim hər söz, yazdığım hər kəlimə bir-bir araşdırılır, təhlil edilir və iyrənc formada şəxsimə qarşı istifadə olunur. Elə təkcə “Mən fəxr edirəm ki, Ulu öndər Heydər Əliyev irsinin tədqiqatçısıyam” ifadəm, elə əxlaqdan kənar, mənəviyyatsız şəkildə təhrif olunmuşdur ki, dilə gətirmək qeyri-mümkündür... Mənim bu fikirlərimdən qıcıqlanaraq yazılmış mənəviyyatsız məktubu, yeri gəlmişkən, lazımi yüksək instansiyalara göndərmişəm. AMEA Tarix İnstitutunun direktorunun xoşlamadığı, daha doğrusu, nifrət etdiyi əməkdaşların elmi tədqiqatları ilə bağlı ünvanlarına hansı məzmunlu məktubların gəldiyi ilə bağlı qoy rəhbər qurumlar da tanış olub, öz münasibətlərini bildirsinlər. Qoy görsünlər ki, Kərim Şükürovun direktoru olduğu AMEA Tarix İnstitutunda hansı iyrənc, qeyri-sağlam mühit hökm sürür. Oradakı hədyan ifadələri yaza bilən şəxs düşünürəm ki, yalnız şəxsi təcrübəsi müstəvisindən çıxış etmiş və onun özünün şəxsi keyfiyyətlərinin təzahürüdür. (Siz də tanış ola bilərsiniz). 

-Dəhşət... belə bir rəzilliyi edən kəs düşünəndə ki, akademiya kimi müqəddəs bir elm məbədinin işçisidir, insanı vəhşət bürüyür. Elə bizim maillərə də təqribən bu səpkidə yazılar daxil olur. Müəllifin eyni şəxs olduğu danılmaz həqiqətdir... Günel xanım, siz hər dəfə Şəhla Məmmədlinin Kərim Şükürovun “öz adamıdır” fikirlərini səsləndirirsiniz. Bunu nə ilə sübut edə bilərsiniz?

-İlk növbədə onu qeyd edim ki, Kərim Şükürovun Şəhla Məmmədlinin bacısı – Şəlalə Məmmədova ilə “dərin köklərə” dayanan dostluqları var. Beləki, böyük bacı Şəlalə Məmmədova tarixçi alimdir və uzun illər öncə BDU-da işləyən zaman Şükürovla yaxın olublar, daha sonra hər ikisi universitetdən xaric olunduqdan sonra Azərbaycan Turizm və Menecment Universitetinində birgə çalışmışlar, daha sonra isə “TEAS Press” Nəşriyyat Evində Kərim Şükürovun dəvəti ilə yenə də orada çalışmışlar. Bir qədər sonra Kərim Şükürov 2018-2019-cu illərdə Prezident Yanında AAK-ın Tarix üzrə Ekspert Şurasının sədri olduğu zaman da həmin qadını birgə işləmək üçün şuraya dəvət etmiş, bir yerdə çalışmışlar. Hətta böyük bacının xətrinə, Kərim Şükürov AAK-da Tarix üzrə Ekspert Şurasının sədri işlədiyi zamanda qanunsuz olaraq, kiçik bacı Şəhla Məmmədlinin 10 ildən artıq bir müddətdir ki, müdafiə etmiş, lakin işinin tamamilə plagiat olunduğu sübut olunduğundan, bütün instansiyalardan keçib tam imtina almış işini arxivdən qaldırmışdır. Tutduğu vəzifədən sui-istifadə edərək korrupsiya müstəvisindən çıxış edən Kərim Şükürov Ekspert Şurasının üzvlərinə təzyiq edib qeyd olunan dissertasiya işinin xeyrinə səs vermələrini məcbur etmişdir. Lakin Kərim Şükürov məqsədinə çatmamış, Şəhla Məmmədlinin dəfələrlə mənfi rəylər almış dissertasiyası, plagiat olduğu tamamilə sübut olunmuş və nəhayət, imtina alınmış bu iş yenidən arxivə göndərilmişdir. Daha nə lazımdır ki, Kərim Şükürovun bu qadını xüsusi canfəşanlıqla himayə etdiyi sübut olunsun?! Yeri gəlmişkən, böyük bacı Şəlalə Məmmədovanın “elmi” fəaliyyəti ilə bağlı da sizə bir az məlumat vermək istəyirəm.

 Böyük bacı Şəlalə Məmmədova yerli və xarici mətbuatda daima Azərbaycan xalqının etnik kimliyi, etnik mənşəyini şübhə altına alan ifadələr səsləndirir, bu fikirlərin dövlətçiliyimizə zərbə olduğunu və ermənilərin əllərinə su tökdüyü aşikardı (mən həmin ifadələrini qırmızılamışam, buyurun baxın). Bundan əlavə, dövlətçiliyimizə qarşı, xüsusilə bizim Müzəffər Ali Baş Komandanımıza qarşı ləkələyici fikirlərlə dolu məqalələr dərc etdirir. Hətta yazılarında 44 günlük Vətən Müharibəsinə kölgə düşürməkdən belə çəkinmir. Ən təhlükəlisi isə odur ki, belə bir şəxs universitet auditoriyalarına girərək bizim milli genefondumuza ciddi zərbə vurur. Bu dediklərimin sübutu olaraq adı çəkilən məqalələri sizə təqdim edirəm. Bəli, Kərim Şükürovun yaxın dostu, işlədiyi hər yerə özü ilə apardığı silahdaşı budur! Tarix İnstitutuna da eşitdiyim qədər yenə bu qadını dəvət etmək istəyirdi, lakin elmi ictimaiyyətin qınağından çəkinərək bu addımı atmadı. Əvəzində isə bacısı Şəhla Məmmədli ilə fəaliyyətini davam etdirir. Yenə diqqətinizə çatdırım ki, Şəhla Məmmədli bundan öncəki rəhbərlik dövründə qeyri-sağlam hərəkətlərinə görə “töhmət”, “şiddətli töhmət”, hətta hüquq-mühafizə orqanları tərəfindən İXM-nin 510-cu maddəsi ilə cəzalanmışdır. İndi də Kərim Şükürov bu qadını əməkdaşların üzərinə salaraq, təkrar edirəm, terror edərək mənəvi təzyiqlərini davam edir.

kerim-sukur

-Kərim Şükürov BDU-dan çıxarıldıqdan sonra AMEA Tarix İnstitutunda işə düzəlmədimi?

-Düzdür, o əvvəlcə Tarix İnstitutunda sıravi işçi, daha sonra şöbə müdiri kimi tam ştatda çalışırdı. Bununla paralel “TEAS Press” Nəşriyyat Evində yüksək vəzifələr tutmuşdur. Hər dəfə də xüsusi vurğu ilə qeyd edirdi ki, orada akademiyada aldığından 5-6 dəfə artıq maaş alırdı. Və demək olar ki, Tarix İnstitutuna işə gəlmirdi. Ona görə də, Kərim Şükürovu Tarix İnstitutunun əməkdaşları demək olar ki, tanımırdılar, xasiyyətinə bələd deyildilər. Yalnız iclasdan iclasa gəlib, dəyib gedirdi. İndi isə əməkdaşlardan 9:00-dan 18:00-dək iş yerində məcburi oturmağı tələb edir. Halbuki özü əməkdaş olduğu zaman heç bir əmək intizamına əməl etmirdi. Nəzərə alsaq ki, vaxtikən özü başqa yerdə işləyərək, yüksək maaş alırdı, indi onsuz da cüzi məvacib alan institut əməkdaşlarının digər yerdə işləməsinə maneələr yaradır. Təsəvvür edin 11-15 kvadmetrlik otaqlarda 14-15 əməkdaş oturmalı olur. Ən əsası həmin əməkdaşları əsas avadanlıqla, yəni stolla, yaxud kompüterlə təmin etmir. Elmi dərəcəsinin, elmi adının olmasının əhəmiyyəti yoxdur, laborant olsan da olar, hər cür vəsaitlə təmin ediləcəksən, əsas onun -Direktorun adamı ol! Elmlər doktorunun, elmlər namizədinin kompüteri, masası olmasa da olar. Təki direktorun bir dediyini iki etməyən sıravi işçi təmin edilsin. Onların isə əsas vəzifəsi Kərim Şükürovu tərifləmək olmalıdır. Hətta son zamanlar sosial şəbəklərdə onun sifarişlə xeyrinə yazılmış statuslar “like” olunmalı, yaxud tərifləyici statuslar yazılmalıdır. li, İnstitutun prioritet istiqaməti budur.

-Günel xanım, sizi çox nigaran gördüm. AMEA Tarix İnstitutunda hazırda nə baş verir?

-Hazırda mənim işdən çıxarılmağım istiqamətində yeni proyektlər üzərində işlər gedir. Şəhla Məmmədli hər yerdə “Onu işdən çıxardacayıq” deyə bəyanatla gəzir. Fikir verdinizsə (səs yazısını dinləyin) direktor çıxardacaq demir, biz – yəni mən Şəhla Məmmədli və Kərim Şükürov. Burdan da aydın olur ki, Kərim Şükürov institutu tək yox, bu qadınla birgə idarə edir... Demək tarix elminin qarşısında duran mühüm və əhəmiyyətli məsələləri bir kənara qoyub intriqalarla günlərini yola verən bu insanlar geniş müzakirədən sonra belə bir qənaətə gəlirlər ki, işdən çıxarılmağım haqqında akademiya rəhbərliyinin də adından istifadə edərək, institutun Həmkarlar Təşkilatının sədrindən bu məsələ ilə bağlı təcili şəkildə iclas təşkil edərək gündəliyə qoymağı tələb etsinlər. Ssenari yazdıqları kimi icra olunur. 21 fevral 2024-cü il tarixində HT-nın sədri Hacı Həsənov təcili şəkildə büro üzvlərini toplayaraq iclas təşkil edir. Burada sual olunur, şikayət kimin haqqındadır, iclasın gündəliyi kimə həsr olunub? Mən Günel Aslanlıya. Bəs onda mənim niyə xəbərim  yoxdur?

 HT-nın sədri Hacı Həsənov bu barədə ilk öncə mənə məlumat verməli olduğu halda, nəinki iştirakımı təmin etmək, heç qısa məlumat belə verməyərək, qanunsuz şəkildə haqqımda o qədər iyrənc ifadələr səslənən məktubu müzakirəyə qoyur!! Bu isə,  siz də təsdiq edərsiniz ki, mənim əməkdaş kimi hüquqlarımı qorumalı olan Həmkarlar Təşkilatının mənə qarşı növbəti mənəvi terrora şərait yaratmasından başqa bir şey deyildir.  Mən 3 günlük bülletendə olduğum bir vaxtda, qeyd edim ki, övladımın kəskin virusa yoluxduğundan və azyaşlı olduğundan qeydiyyatda olduğumuz poliklikinadan mənə də xəstəlik vərəqəsi açılıbdır. Bu səbəbdən mən bir neçə gündür işə getmirəm. Yəni, bu cür tələm-tələsik, qaça-qaçnan, yenə söyləyirəm, mənə xəbərdarlıq belə edilmədən adımın hər cür iyrənc formada hallanaraq iclas keçirilməyinin hüquq pozuntusu olduğunu bilərəkdən iclasın çağırılmasının nə anlamı var idi? Mənim konstitutision hüquqlarım pozulur, haqqımda iyrənc, həqiqətə uymayan fikirlər səsləndirildiyi, elmi nüfuzuma, şəxsi nüfuzuma, qadın ləyaqətimə, ailəmə qarşı belə dil uzadan birinin bu məktubu müzakirə mövzusu olur.  Təsəvvür edin, direktor yox, Ş.Məmmədli mənim işdən çıxarılmağımı yuxarılardan xahiş edir! Gülməli deyilmi... 

isa-hebib

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 12 iyul 2023-cü il tarixində HT-nin qəbul etdiyi qərarını səsləndirən HT-nın sədri Hacı Həsənovdan sitat verərək: “Həmkarların sədri kimi qeyd edirəm ki, yerli təşkilatın hüququ var ki, Nizamnamə qaydalarını pozan və yerinə yetirməyən, təşkilatda mənəvi mühitini zəhərləyən, qaydalara tabe olmayan şəxslərin Həmkarlar Təşkilatının üzvlüyündən kənarlaşdırılması. Bu beş il ərzində büro Şəhla xanıma töhmət, şiddətli töhmət verilməsi barədə qərar qəbul edilmişdir və eyni zamanda onun işdən çıxarılması məsələsi dəfələrlə qoyulsa da, mən şəxsən bunun əleyhinə çıxmışam. Bu qadın institutun mənəvi həyatını mütəmadi zəhərlədiyinə görə, təşkilatın işini pozduğuna görə, böhtan atdığına, yalan, saxta aktlara qol çəkdiyinə görə onu Həmkarlar Təşkilatı sıralarından çıxarılmasını səsə qoyuram. Kim Şəhla Məmmədlinin bu mənfi fəaliyyətinə görə HT-nın üzvlüyündən çıxarılmasına razıdır xahiş edirəm səs versin.”(mənbə A.A.Bakıxanov adına Tarix İnstitutu Həmkarlar Təşkilatının hesabat iclasının PROTOKOLU, 12 iyul 2023-cü il) bu təklif yekdil səs çoxluğu ilə qəbul olunur və HT-nin üzvlüyündən qovulur. İndi isə- bir neçə aydan sonra həmin bu qadının məktubuna əsasən Kərim Şükürovun xüsusi tapşırığı ilə məcbur edilərək iclas keçirilir. Bu mənim üçün növbəti stress, mənəvi təzyiqdən başqa bir şey deyil. Mənim artıq bunlardan sonra kiməsə səslənməyimi faydasız hesab edirəm. Belə çıxır ki, Kərim Şükürovun özbaşınalığına, qeyri-adekvat qərarlarına, tələblərinə boyun əyməkdən başqa çarələri yoxdur, çünki o, səlahiyyət sahibidir. Onu da qeyd edim ki, Şəhla Məmmədlinin özbaşına hərəkətini pisləyən və “Əliyevşünaslıq” şöbəsinin qapısına yapışdırdığı nalayiq vərəqəyə görə 04 dekabr 2023 ildə HT büro üzvləri qərar qəbul etmişdilər ki, bu qadına töhmət verilməsi ilə bağlı direktor Kərim Şükürov qarşısında vəsatət qaldırılsın. Lakin direktor buna qəti etirazını bildirir və bu məsələ ilə onu bir daha narahat etməmələrini tələb edir.

- Maraqlıdır hansı əsasla siz tarixçi alimi, monoqrafiya və bir çox elmi məqalələr müəllifi, dövrü mətbuatda mütəmadi olaraq cənab prezidentin siyasi fəaliyyətini işıqlandıran yazılarla çıxış edir, beynəlxalq və yerli konfranslarda iştirak edirsiniz. Hansı əsasla, sizin kimi məsuliyyətli işçini işdən çıxara bilərlər?

- Əlbəttə ki, heç bir əsas yoxdur. Əsas odur ki, Kərim Şükürovla Şəhla Məmmədli belə istəyir. Yuxarıda qeyd etdiyim HT-nin 12 iyul 2023-cü il tarixində keçirilən iclasda Hacı müəllimdən sitat gətirərək demək istəyirəm: “Şəhla Məmmədli, sən kimsən mənim işdən çıxarılmağımla bağlı vəsatət qaldırasan?!”.

- Bəli Günel xanım, biz o video görüntüləri də izlədik. Diqqətçəkən məqamdır ki, HT-nin məlum iclasında Hacı Həsənov qəzəblə “Sən kimsən kiminsə haqqında nəisə deyəsən” ifadələrini səsləndirdiyi və onun büro üzvlüyündən yekdil səs çoxluğu ilə qovulduğunu bəyan etdiyi halda necə olur ki, yenidən Şəhla Məmmədlinin yazdığı bir məktub müzakirəyə çıxarılır və sizin də bundan xəbəriniz olmur.

-Görünür əmr “böyük yerdəndir”... Bəli, aldığım məlumatlara görə direktor bunun akademiya rəhbərliyinin birbaşa tapşırığının olduğu kimi yalanlardan belə çəkinməyib. HT da bundan sonra məcbur olub təcili iclas keçiribdir. Yeri gəlmişkən, mən akademiyanın katibliyindən maraqlandım və mənə bildirildi ki, ümumiyyətlə belə bir məktubun olması ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur! Bütün bu qeyri-qanuni fəaliyyət, qeyri-sağlam iş mühitinin yaradılması mənə qarşı davam edən mənəvi terrorun açıq nümunəsidir. Bu, hətta mən deyərdim, iş yerində mənə qarşı aparılan bullinqin təzahürüdür.

- Düşünürük ki, yəqin HT-nın sədri Hacı Həsənov bununla bağlı təkzib verəcək və ya digərləri kimi buna məcbur ediləcək.

- Bilirsiniz, Hacı müəllim universitetdə təhsil aldığım illərdə müəllimim olubdur, o məni ta uşaqlığımdan tanıyır. Daima bu işdə mənim haqlı olduğumu və səbirli olmağımı tövsiyə edibdir. İnanmıram ki, belə bir məcburiyyət qarşısında qala. Ancaq Kərim Şükürovun təzyiqlərinə nə qədər tab gətirə biləcək, bax bunu deyə bilmərəm...

- Bəs akademiyanın prezidenti İsa Həbibbəylinin bu məsələlərə münasibəti necədir? Heç bu barədə hörmətli akademiklə görüşünüz olubmu?

- Hörmətli akademikimizlə görüşüm olubdur (mən özüm müraciət etmişdim ki, İsa müəllim məni qəbul etsin). Hətta ilk görüşümüzdə məni gözlədiyimdən də artıq səmiyyət və hörmətlə qarşıladı. Mənim elmi fəaliyyətimdən, elmi əsərlərimdən xəbəri olduğunu vurğuladı. Az öncə söylədiyim kimi, Qadınlar Şurasının sədri olduğum zaman konfrans və tədbirlərdə məruzə və çıxışlarımı da dinləmiş olduğunu söylədi. Elmi fəaliyyətimdə, xüsusən də biz gənclərin Ümummilli liderimizin qoyduğu siyasi irsi layiqincə davam etdirdiyimizdən qürur duyğunu bildirdi. Sonra köməkçisinə zəng edərək, mənə akademiyanın nəşri olan nəfis, fundamental bir monoqrafiya da bağışladı.  Həmin görüşün səbəbi Kərim Şükürovun şəxsimə qarşı qeyri-qanuni hərəkəti ilə bağlı idi. Əmək məcəlləsində fəlsəfə doktoru olan, monoqrafiya və kifayət qədər elmi əsərləri dərc olunan əməkdaş, eyni zamanda 3 ildən artıq “böyük elmi işçi” kimi fəaliyyət göstərdikdən sonra avtomatik vəzifəsi bir pillə yüksəlməlidir. Mənim bu məsələ ilə bağlı müvafiq təqdimatım rəhbərliyə təqdim olunduqdan sonra Kərim Şükürovun əsl siması açılmağa başladı. Bu idarəolunmaz qadını mənim üzərimə salaraq hər cür hərəkətləri törətməsi üçün münbit şərait yaratdı. Hər vəchlə mənim aparıcı elmi işçi keçməyimə mane olmağa başladı. Təfərrüatına varıb sizi yormaq istəmirəm. Məcbur olub bu haqsızlığın qarşısının alınması üçün akademiyanın prezidenti İsa Həbibbəyliyə üz tutdum. Onu da qeyd edim ki, məhz İsa Həbibbəylinin təkidi ilə mənim vəzifəm bir pillə yüksələrək aparıcı elmi işçi vəzifəsinə keçirildim. Daha sonra, məlum proseslər gedişində, bir dəfə də İsa müəllimin özünün dəvəti ilə görüşümüz oldu. Vəziyyətimlə maraqlandı. Mən də öz növbəmdə təqiblərin bu və ya digər formada davam etdiyini, ən əsası isə Ulu Öndər Heydər Əliyev irsinə qarşı ciddi bir təxribat olduğu barədə ona üstüörtülü məlumat verdim. Direktorla ciddi danışacağını söylədi. Görünür akademiyanın prezidenti, akademik İsa Həbibbəyli də bu cür idarəolunmaz direktoru ram edə bilmir. Əks halda, bu gün mən bu müsahibəni vermiş olmazdım. Təəssüf doğuran haldır...

- Nəsə sözlü adama oxşayırsınız, deyəsən ürəyinizdə qalan bəzi məqamlar var?

- Dünəndən bir məlumat almışam bilmirəm ona gülüm, ya ağlayım?! Əvvəllər də qeyd etdiyim kimi, mən 2021-2023-cü ilin ortalarınadək institut Qadınlar Şurasının sədri olmuşam. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu şuraya seçki yolu ilə seçilmişdim. Belə ki, Qadınlar Şurasının büro üzvlərinin səs çoxluğu ilə seçilmişdim. Fəaliyyətim dövrümdə kifayət qədər aktiv olmuşam, bunu mənim iştirak və çıxış etdiyim tədbirlərin siyahısından da görə bilərsiniz. Təbii ki, mən institutda özbaşınalıq edən Şəhla Məmmədlinin aqressiv hallarına biganə qala bilməzdim. Onun hərəkətləri barədə direktora mütəmadi olaraq məlumat verirdim, əvəzində mənə Kərim Şükürov “sən qarışma”, “fikir vermə”, “özüm bilərəm”, “təhqir edir eləsin” deyirdi. Düzü o zaman anlamırdım ki, Şəhla Məmmədli direktorun tam himayəsi altındadır. Özünün dediyi kimi, Ona hər şey olar!!! Əlbəttə ki, aldığım tərbiyə və böyüdüyüm mühit haqsızlığa göz yummamağa, gördüyüm hərəkətlərə qarşı boyun əymək təbiətimdə yoxdur. Bir sözlə, mənə zorla qeyri-qanuni heç bir işi icra etdirə bilməzdilər. Qısa deyim, bu zamanda Kərim Şükürov özünəməxsus mübarizə üsuluna əl atır və yenə Şəhla Məmmədlinin “təcrübəsindən” yararlanır. Mənə xəbər vermədən iclas çağırır, bu barədə son anda xəbər tuturam. İclası şəxsən özü keçirir və bu qadını üzərimə salır, onu tribunaya çıxararaq məni təhqir etməsi üçün hər cür şərait yaradır. AMEA Tarix İnstitutunun direktorunun qarşısında mənim tədqiqat sahəmi məsxərəyə belə qoymaqdan çəkinmir. Qadın emosiyalarına sahib çıxa bilmədikdə isə Kərim Şükürov “Şəhla xanım,  biz sizinlə danışmışdıq axı” deyərək hadisənin məcrasından çıxmamağa, öncədən hazırlanmış ssenariyə uyğun hərəkət etməyə dəvət edirdi. (buyurun video görüntülərdə özünüz də bu barədə əmin ola bilərsiniz). 

 Nəhayət, məni Şura sədrliyindən min bir bəhanə ilə haqsız yerə çıxarmağa qalxanda, institutun əksər qadın kollektivi, o cümlədən institutumuzun akademik, elmlər və fəlsəfə doktoru qadınları fəaliyyətimlə bağlı heç bir narazılıqlarının olmadıqlarını, əksinə, onları təmsil etməyimi istəmələri ilə bağlı Kərim Şükürova imzalı müraciət ünvanladılar. (Buyurun siz də tanış olun). Yaranmış vəziyyətdə Kərim Şükürov məni Qadınlar Şurasının sədri vəzifəsindən çıxara bilməyəcəyini anlayıb, ümumən Qadınlar Şurasını qanunsuz şəkildə buraxmaq təklifini irəli sürür və həmən də icra edir.  İndi isə məlum olur ki, bu vəzifəyə tarix üzrə təhsili olmayan, elmi dərəcəsi olmayan, 70 yaşlı qadını təyin edib. Yaqin bu əməkdaşın Kərim Şükürovun bütün qanunsuz hərəkətlərinə boyun əyməyə hazır olduğuna şübhə etmir. Onu da qeyd edim ki, yeni “təyin edilmiş” qadınla mənim hər zaman normal münasibətim olub, hər zaman yaşlı olduğu üçün hörmətini saxlamışam. Neçə müddətdir görürəm ki, bu qadın məni görəndə yan qaçır. Sən demə, qara qızın dərdi var. Düzü ağbirçək qadının sülh qoymağı, hamı ilə mehriban olması tələb edildiyi halda, xüsusən də indiki “vəzifəsi” bunu tələb etdiyi təqdirdə, mənə salam vermədən üzünü nifrətlə çevirib getməsi heç də bəyənilən hal deyil.

 Təəssüf... Bilirsiniz, dövlətimizin siyasəti bütün sahələrdə gəncləşdirmə aparılmasına yönəldiyi zamanda, AMEA Tarix İnstitutunda kifayət qədər gənc, təcrübəli, elmi dərəcəli xanımlar olduğu halda, Qadınlar Şurasının sədrliyinə bu yaşda, elmi dərəcəsi olmayan, ən əsası, tarixçi olmayan bir qadının seçki yolu ilə deyil, Qadınlar Şurasının sədrliyinə Kərim Şükürovun iradəsi ilə təyin olunması heç də təsadüf olmadığını nümayiş etdirir. Necə deyərlər, əsas “mən deyəni canla-başla yerinə yetirsin”, özgələr ilə nədir işim... Onu da qeyd edim ki, Kərim Şükürovun bir direktor kimi özbaşına fəaliyyəti "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.3.5. bəndində qeyd olunduğu kimi: "Statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək" maddəsini diqqətdən yayındırmır... Burada yadıma dahi Qazax şairi, yazıçısı Abay Kunanbayevin bir kəlamı düşür: "İnsanın ləyaqəti onun məqsədinə çatması ilə deyil, məqsədinə doğru hansı yolla getməsi ilə müəyyənləşir...".

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

P.S.Müsahibədə bir çox ittihamlar ixtisar olundu.

P.P.S.Müsahibədə adl çəkilənləri də dinləməyə hazırıq...

Pin It

CƏMİYYƏT

05-Noy-2024 By Yasemen Memmedov

DİQQƏT: SABİQ ANS-Çİ BU PLASTİK…

Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bir

01-Noy-2024 By Elbar Şirinov

ƏRŞAD BƏHMƏN OĞLU – YAXŞI…

...2024-cü ilin oktyabr ayı, bu boz payızın ilıq b

31-Okty-2024 By Elbar Şirinov

PREZİDENT XARİCİ İŞLƏR NAZİRİNİ BUNA…

Argentina prezidenti Xavyer Miley xarici işlər naz

SİYASƏT

07-Noy-2024 By Elbar Şirinov

İRAN ABŞ-IN SEÇKİLƏRDƏN SONRA KEÇMİŞİN…

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəq

07-Noy-2024 By Elbar Şirinov

CEYHUN BAYRAMOV İSPANİYALI HƏMKARI İLƏ…

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə

07-Noy-2024 By Elbar Şirinov

ERMƏNİSTAN XİN: YEREVAN VƏ BAKI…

Ermənistan xarici işlər nazirinin müavini Vahan Ko

06-Noy-2024 By Elbar Şirinov

TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏRİ NORMALLAŞDIRMAQ NİYYƏTİNDƏDİR…

Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycan

01-Noy-2024 By Elbar Şirinov

ƏRDOĞAN YAXIN ŞƏRQ ÖLKƏLƏRİNƏ MÜRACİƏT…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş

MƏDƏNİYYƏT

07-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİ FİLM LAYİHƏLƏRİ MÜSABİQƏSİNİN…

Mədəniyyət naziri Adil Kərimli noyabrın 6-da Dövlə

06-Noy-2024 By Asif Memmedov

"ZƏFƏR ZƏNGULƏSİ"NƏ HƏSR EDİLMİŞ MÖHTƏŞƏM…

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M

06-Noy-2024 By Elbar Şirinov

AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI…

Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin d

05-Noy-2024 By Yasemen Memmedov

MEYXANAÇIDAN QADIN MÜĞƏNNİLƏRLƏ BAĞLI QALMAQALLI…

"Efirdə oturub, özlərini elə göstərirlər ki...

04-Noy-2024 By Elbar Şirinov

İSTANBULDA FRANKFURT BEYNƏLXALQ KİTAB SƏRGİSİNİN…

41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsin

04-Noy-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRİ MİLLİ AZƏRBAYCAN…

Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbayca

KRİMİNAL

07-Noy-2024 By Elbar Şirinov

QAXDA NARKOTİKLƏRİN SATIŞI İLƏ MƏŞĞUL…

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata ke

06-Noy-2024 By Elbar Şirinov

KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏNİN GÖMRÜK…

Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük pos

05-Noy-2024 By Elbar Şirinov

XIZIDA 13 KQ NARKOTİK VƏ…

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

10-Noy-2024 By Elbar Şirinov

MİSİRDƏ BAŞ VERƏN AVTOBUS ƏZASINDA…

Rusiya diplomatik missiyasının məlumatına görə, az

10-Noy-2024 By Elbar Şirinov

"KROKUS"DA TERROR AKTINI ƏLƏ SALAN…

Müstəntiqlər Moskva yaxınlığındakı “Crocus City Ha

10-Noy-2024 By Elbar Şirinov

ABŞ-DA PREZİDENT SEÇKİLƏRİNDƏ SƏSLƏRİN…

ABŞ-da prezident seçkilərində səslərin hesablanmas

10-Noy-2024 By Elbar Şirinov

GÜCLÜ YANĞIN 1200 KVADRATMETR SAHƏDƏ…

Moskva vilayətində anbarda güclü yanğın baş verib

10-Noy-2024 By Elbar Şirinov

PARİS KİYEVİ SCALP RAKETLƏRİNİN YENİ…

Fransa Kiyevə “cəbhədən kənar hücumlar üçün” SCALP

10-Noy-2024 By Elbar Şirinov

TRAMPIN OĞLU ZELENSKİYƏ NİYƏ…

Kiçik Donald Tramp Ukrayna lideri Vladimir Zelensk

GÜNDƏM

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

07-Noy-2024 By Yasemen Memmedov

QANUNSUZ FƏLAİYYƏT GÖSTƏRDİYİ İDDİA EDİLƏN PLASTİK…

Ölkədə plastik cərrahiyyə üzrə qeyri-qanuni fəaliy

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

07-Noy-2024 By Yasemen Memmedov

TRAMPI…

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi

TƏHSİL

06-Noy-2024 By Yasemen Memmedov

BANM-N…

Bakı Ali Neft Məktəbində bakalavriat, maqistratu