booked.netbooked.net booked.net  

"ABŞ Cənubi Qafqaza nüfuz etmək istəyir. Bu baxımdan Paşinyanı Ermənistanda hakimiyyətə gətirməklə  Cənubi Qafqazda öz siyasətini həyata keçirmək istəyir və eyni zamanda onun  üzərindən  Cənubi Qafqazda Rusiyanın təsir dairəsini zəiflətmək istəyir."

 Bu fikirləri "Təzadlar"a söyləyən politoloq  Azad Məsiyev daha sonra dedi: "Paşinyanı hakimiyyətə gətirməklə ABŞ-nin Cənubi Qafqazda böyük  planları var idi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın apardığı uğurlu əməliyyatlar ABŞ-nin  Cənubi Qafqazda planlarını pozdu. 44 günlük müharibənin nəticəsində, eyni zamanda 1 günlük antiterror tədbirləri  nəticəsində artıq Paşinyan erməni cəmiyyətində böyük zərbə aldı, hətta Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması an məsələsi idi. Sorosçular yenidən Paşinyanı hakimiyyətdə saxladı. Bu baxımdan ABŞ bütün imkanlardan istifadə edərək Azərbaycana təzyiq edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında Ermənistana güzəştə gedilsin. Eyni zamanda Azərbaycanı Rusiya əleyhinə istifadə etmək istəyirlər. Bu baxımdan ABŞ Cənubi Qafqazda Fransa kimi, Almaniya kimi oyunçularını dövriyyəyə buraxdı. Ümumilikdə ABŞ və Qərb koalisiyası, Avropa Birliyi açıq şəkildə Azərbaycana təzyiq edirlər. Bunlara baxmayaraq,  Azərbaycan bu təzyiqlərə duruş gətirərək, dövlət və milli maraqlarını nəzərə alaraq, öz siyasətini həyata keçirməkdədir. Regionda maraqlı olan Türkiyə var. Türkiyə artıq regional gücdən qlobal gücə çevirilir. Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Türk Dövlətləri Təşkilatının fonunda Turan İttifaqının yaradılmasına aparır. Türkiyə və Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilməkdədir. Bu da ABŞ-nin  maraq dairəsində deyil. Ümumilikdə  ABŞ çalışır ki, Türkiyə ilə  Azərbaycan arasındakı əməkdaşlığa zərbə vursun. Eyni zamanda ABŞ çalışır ki, Türkiyə ilə Rusiya arasında münasibətlərə xələl gəlsin. Hətta baxmayaraq ki, Türkiyə NATO dövlətidir, ABŞ-dən  gələn çağırışlara məhəl qoymayaraq Türkiyə öz dövlət və milli maraqlarını nəzərə alaraq  Rusiya ilə münasibətlərini inkişaf etdirdi. Deməyim budur ki, regionda qlobal güclərin maraqları toqquşur. Bu maraqlardan irəli gələn problemlər  var, bunun da əsas səbəbkarlarından biri ABŞ-nin  siyasətinə xələl gətirəcək bir siyasət ki var, bu da Azərbaycanın regionda apardığı uğurlu siyasətdir..."

Politoloq əlavə etdi: "Cənubi Qafqazda Azərbaycan güc mərkəzidir. İstər Rusiya olsun, istər ABŞ, istərsə də Qərb Cənubi Qafqazda nüfuz etmək üçün mütləq şəkildə Azərbaycana fokuslanmalıdır. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. İstər iqtisadi, istər siyası, digər faktorlar baxımından Cənubi Qafqazda strateji dövlət Azərbaycandır. Ona görə də son vaxtlar Rusiyanın strateji maraqlarıyla  Azərbaycanın torpaq maraqları üst-üstə düşdüyünə görə, Rusiyanın Azərbaycana ehtiyacı olduğuna görə münasibətlər tamam dəyişib. Hətta 44 günlük müharibə zamanı Rusiyanın neytral mövqedə durması buna bariz nümunədir. Son vaxtlar regionda, Cənubi Qafqazda söz sahibinə çevirilmiş Azərbaycanla yanaşı Türkiyənin fəaliyyəti var. Türkiyə bildiyiniz kimi 44 günlük müharibədə Azərbaycana həm siyasi, həm iqtisadi, həm mənəvi dəstəyini əsirgəmədi. Açıq şəkildə çağırış etdi ki, biz  Azərbaycanın yanındayıq. Bu da təbiidir, çünki  Azərbaycanın apardığı mübarizə haqq mübarizəsi idi. Bununla yanaşı bildiyiniz kimi, Azərbaycan-Türkiyə   siyasi və iqtisadi əməkdaşlığının pik nöqtəsi olaraq Şuşa bəyannaməsi imzalandı. Bu Şuşa bəyannaməsi artıq "bir millət, iki dövlət" faktorunu daha da genişləndirib, möhkəmləndirdi. Hesab edirəm ki,  məsələ tək  Azərbaycan deyil, o cümlədən də Azərbaycan-Türkiyə birgə əməkdaşlığının, Turan ittifaqının yaradılmasına aparan bir yolun qarşısını kəsmək üçün  ABŞ-dən Türkiyəyə təzyiqlər gəlir.
Birləşmiş Ştatlar və Qərb çalışır ki, Türkiyə ilə Azərbaycan arasına bir nifaq salsın. Bu baxımdan xatırlatmaq istəyirəm Türkiyədə keçirilən seçkilər ərəfəsində Türkiyə prezidenti Ərdoğana alternativ olan "Altılıq masası" var idi. Bunu da açıq şəkildə Birləşmiş Ştatlar yaratmışdı. "Altılıq masası"nın lideri açıq şəkildə Antiazərbaycan mövqeyi ilə bəyanatlar səsləndirirdi, çıxış edirdi. Bu o demək idi ki, bu cürə şəxslər hakimiyyətə gələrdisə təbii ki, ABŞ-nin  siyasəti həyata keçəcəkdi, Türkiyə ilə Azərbaycan arasına nifaq salınacaqdı. Bu baxımdan şükürlər olsun ki, Ərdoğanın yenidən prezident seçilməsi tək  Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına deyil, həm də Türk Dövlətləri Təşkilatının fonunda Turan İttifaqının yaradılmasına əsas verəcək bir siyasi fəaliyyət olacaq. Ümumilikdə ABŞ-dən belə çağırışlar gəlməsinə baxmayaraq Azərbaycan və Türkiyə öz siyasi fəaliyyətindən, siyasi birgə əməkdaşlığından geriyə çəkilməyəcək və hesab edirəm ki, bu Türkiyə və Azərbaycan arasındaki əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Bu həm Türkiyənin, həm Azərbaycanın dövlət və milli maraqlarına uyğundur."

 Bütün bunların siyasi və hərfi mənası elə o deməkdir ki, ABŞ- ın dövlət rəsmisi Blinken niyə Prezident İlham Əliyevə zəng edərək köməkçisinin Azərbaycana səfər etməsinə icazə verməsini xahiş etdi? Çünki dünya indi dünənki deyil, hər gün dəyişir... Elə bölgədəki siyasət də...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA