Beynəlxalq axtarış sistemi olan "Google"nin "Google maps" xəritəsində Azərbaycana qarşı  təxribat davam edir. Belə ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri, o cümlədən bu zonaya dəxli olmayan ərazilər də erməni dilində göstərilib.

Qeyd edək ki, Google tərəfindən bu cür təxribat illərlə davam edir və biz buna hələ də adekvat bir reaksiya vermirik. Düzdür, mətbuatda bu barədə demək olar ki, müntəzəm olaraq məlumatlar verilir, amma məsələ bundan o tərəfə getmir. Hələ 2014-cü ildə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi öz saytında bildirir ki,  Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib. “AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytina istinadən bildirir ki, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib:

"AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bildiririk ki, mərkəzimiz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir. Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir".

Məlumatda bildirilib ki, bu, "Google" tərəfindən edilən birinci təxribat deyil. Bundan əvvəl də belə hallar baş verib və mərkəzin təkidli müraciətlərindən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı:

"Təəssüf hissi ilə bildirmək istəyirik ki, "Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir".

Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən qəti şəkildə pislənir.

Xatırladaq ki, bu 2014-ci ilin məlumatıdır. Sonrakı illərdə nə baş verdi? Heç nə. Yenə də Google təxribatını davam etdirir və qeyd etdiyimiz kimi, Azərbaycan ərazilərini erməni dilində göstərir. “Təzadlar” qəzeti də dəfələrlə Azərbaycana qarşı bu təxribatı işıqlandırıb və lazımi qurumlar qarşısında məsələ qaldırıb və Google şirkətini məhkəməyə verməyi tövsiyyə edib.  Amma, əfsuslar olsun ki, Azərbaycan tərəfindən ciddi bir reaksiya görməyən şirkət yenə də Azərbaycana qarşı təxribatını davam etdirir.  Qeyd etmək yerinə düşərdi ki, fəaliyyətində yol verdiyi təhriflərə və s. məsələlərə görə müxtəlif ölkələr Google şirkətini məhkəməyə verib və şirkət küllü miqdarda çərimələr ödəyib. Məsələn, götürək elə Rusiyanı:  Rusiya federal antimonopoliya xidməti 2016-cı ilin avqustunda rəqabət haqqında qanunu pozduğuna görə Google şirkətini 438 milyon rubl həcmində cərimə edib. Belə faktlar kifayət qədərdir.

  Bəs biz nəyi gözləyirik? Azərbaycana qarşı təxribat edilirsə, buna qarşı ciddi bir tədbir görməyəcəyik? Yəni bu təxribatın qarşısını almaq bir o qədər çətindir?

Sonda ümid edirik ki, Google-nin illərlə davam edən bu təxribatına qarşı ciddi ölçü götürüləcək və bir də bu cür hallar baş verməyəcək.

Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA