booked.net booked.net  

 

                   BAYRAĞIM

Ey şöhrətim , ey qürurum bayrağım.

Ey varlığım , ey hüququm bayrağım.

Ey üfüqüm , ey zühurum bayrağım.

Ey izahım , ey yorumum bayrağım.

 

Yaşıl rəngi, yaz nəfəsli torpağım.

Alqırmızı, ilk səhərim, dan çağım.

Üzərində ay ulduzum çırağım.

Mavi rəngin, təmiz səma, bayrağım

 

Mavi rəngin, türklüyümün mənası.

Alqırmızı, şəhidliyin mənası.

Ay ulduzun, çoxdan çoxdu mənası.

Yaşıl rəngin, müsəlmandı bayrağım

 

Alqırmızı, bir də belə çözülür.

Demokrat bir dövlətə yozulur.

Yozumlardan, biri də ki, ulduzdur.

Odlar yurdu Azərbaycan bayrağım.

 

Elin qədim, mənan dərin bayrağım.

Sən tarixin, tarix sənin bayrağım.

Səfər sənin, zəfər sənin bayrağım

Qurbanındı, Muxtar sənin bayrağım

Muxtar ƏZİMOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA