booked.netbooked.net booked.net  

 

Ermənistan görüş üçün Rusiyaya üz tutacaq

***

Azərbaycan və Ermənistan daha əvvəl razılaşdırıldığı kimi, xarici işlər nazirləri səviyyəsində - Rusiyada danışıqlar aparacaq.

Bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü deyib.

Ararat Mirzoyan və Ceyhun Bayramovun hazırda ABŞ paytaxtında olmasına baxmayaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri də Moskvada danışıqlar aparacaqlar. Bu məlumatı Milli Assambleyanın Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri açıqlayıb.

"İlkin razılaşma var. Görüş Moskvada da baş tutmalıdır", - deyə Arman Eqoyan qeyd edib.

Jurnalistlər parlamentaridən Mariya Zaxarovanın Rusiya Federasiyasında xarici əlaqələr idarələrinin rəhbərləri Mirzoyan və Bayramov arasında aparılan danışıqlara dair razılığın əldə olunması və onların hazırda Amerika paytaxtında görüşməsi ilə bağlı dediklərinə münasibət bildirməyi xahiş ediblər.

Eqoyan cavabında belə bir fikir bildirib ki, bunlar bir-biri ilə ziddiyyət təşkil etmir.

***

Xatırladaq ki,  ötən il - dekabrın 23-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada həmkarı Sergey Lavrovla görüşüb və gündəmdə olan məsələləri müzakirə ediblər. Ermənistan tərəfi isə üçtərəfli görüşə diplomatik kanallar vasitəsilə edilməli olan xəbərdarlıqsız  qatılmayıb... 

Yəni, Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirak etməyi planlaşdırmadığı barədə diplomatik kanallar vasitəsilə Rusiyaya məlumat verməyib.

"Biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin mesajından öyrəndik.  Adətən belə işlərlə məşğul olan heç bir diplomatik kanaldan istifadə olunmayıb. Bu, erməni tərəfinin qərarıdır", -  deyə Lavrov Bayramovla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Qeyd edək ki, bir müddət sonra Ermənistanın baş naziri Nikol Paşinyan  nazirin qarşısını fors-major vəziyyəti aldığına görə həmin görüşdə iştirak edə bilmədiyini açıqlayıb. Baş nazir, hətta bunu, “həyati zərurət” adlandırıb.

“Mirzoyan obyektiv səbəbdən görüşə getmədi, çünki o günlərdə nazirin Ermənistanda olması həyati zərurət idi”- deyib.

Paşinyanın bu açıqlamasından sonra Ermənistan KİV-i bu “vacib məsələ”nin nədən ibarət olduğunu araşdırıb.

“Civilnet am” nəşri müəyyən edib ki, həmin anda Mirzoyan kreditlə yeni malikanə alıb.

O cümlədən, nazirin aldığı daşınmaz əmlakın kadastr sənədlərində əməliyyatın tarixi qeyd olunur. Bundan əlavə, əməliyyatın vaxtı bank, satıcı və Mirzoyan arasında bağlanan müqavilədə var. Sənədi nazir imzalayır.

“Sazişin bağlanma tarixi 2022-ci il dekabrın 23-ü üç ölkənin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü günüdür”, - nəşr qeyd edib.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN