RESPUBLİKA DÖVLƏT KƏND TƏSƏRRÜFATI MUZEYİ NİYƏ GƏNCƏYƏ KÖÇÜRÜLÜR?

RESPUBLİKA DÖVLƏT KƏND TƏSƏRRÜFATI MUZEYİ NİYƏ GƏNCƏYƏ KÖÇÜRÜLÜR?

Muzey kollektivi Prezident İlham Əliyevə müraciət etdi

İSRAİL ƏRAZİSİNƏ İRANDAN 500-DƏN ÇOX RAKET ATILIB

İSRAİL ƏRAZİSİNƏ İRANDAN 500-DƏN ÇOX RAKET ATILIB

Ötən gecə İrandan İsrailə 500-dən çox raket atılıb... Dağıntılar var...

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDI- HAMININ VƏ HEÇ KIMIN KITABI

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDI- HAMININ VƏ HEÇ KIMIN KITABI

 O biri dünyalar haqqında                    Günlərin bir günü Zərdüşt də öz arzusunu  bütün o biri dünyadakılar kimi insanın o biri tərəfinə yönəltd...

Политики с заниженной социальной ответственностью

Политики с заниженной социальной ответственностью

Как-то с легкой руки Ленина в политический лексикон был введен термин «политическая проститутка».

Пашинян говорит, но не договаривает

Пашинян говорит, но не договаривает

Мир между Арменией и Азербайджаном не только возможен, но и вполне достижим. Об этом заявил премьер-министр Армении Никол Пашинян, выступая на 79-й се...

"HİZBULLAH"IN LİDERİ BAŞINDAN ALDIĞL AĞIR ZƏRBƏDƏN ÖLÜB

"HİZBULLAH"IN LİDERİ BAŞINDAN ALDIĞL AĞIR ZƏRBƏDƏN ÖLÜB

Nəhayət, bu gün İsrailin raket zərbələrindən sonra dağıntılar altından çıxarılan Hizbullah lideri Şeyx Həsən Nəsrullahın ölüm səbəbi məlum olub...

"ŞƏHİDLƏRİMİZİ HÖRMƏTLƏ ANIRIQ!"

"ŞƏHİDLƏRİMİZİ HÖRMƏTLƏ ANIRIQ!"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) “X”dəki hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.

SOYDAŞIMIZ QIRĞIZISTAN DÖVLƏTİNİN ORDENİNƏ LAYİQ GÖRÜLÜB

SOYDAŞIMIZ QIRĞIZISTAN DÖVLƏTİNİN ORDENİNƏ LAYİQ GÖRÜLÜB

Soydaşlarımızın, istər adi və ya iş adamları olsun, istərsə də diaspora rəhbərləri olsun,  Azərbaycandan kənarda fəaliyyətləri həmişə maraq doğurub. Ç...

"KAPİTAL BANK"DA KAPİTAL NİYƏ ETİBARLI DEYİL?

"KAPİTAL BANK"DA KAPİTAL NİYƏ ETİBARLI DEYİL?

Bayıl qəsəbəsinin sakini Hikmət Hüseynovun “Birkart taksit” kartından 5 min manat pul hakerlər tərəfindən, gecə saatlarında çıxarılıb, lakin "Kapital ...

MEDİA

30-Sent-2024 By Asif Memmedov

Полити…

Как-то с легкой руки Ленина в политический лексико

Detay

6 aprel  Ümumdünya Fiziki Aktivlik Günüdür...

...2002-ci ildən başlayaraq hər il aprelin 6-sı bütün dünyada “Hər gün otuz dəqiqə fiziki fəallıq!” devizi altında qeyd edilir. Bu əlamətdar gün Azərbaycanda hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, ictimaiyyət fiziki passivliyin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılır. Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir. Bununla bağlı suallarımızı  Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimovaya ünvanladıq. İlk sualımız yaşadığımız müqəddəs Ramazan ayında fiziki aktivlik haqqında oldu.

- Səidə həkim, fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Hazırda insanların çoxu oruc tutur. Bu ay fiziki məşğələlərlə nə vaxt məşğul olmaq lazımdır ki, orqanizmin fəaliyyətinə müsbət təsir göstərsin?

- Ramazan ayında insanlar oruc tutur, müəyyən müddət ərzində ac qalırlar, buna görə də bu ay məsləhət görərdim ki, iftarla imsak arasında olan müddətdə fiziki aktiv olsunlar: iftardan sonra bir müddət havada gəzsinlər, yeyib oturmasınlar, yatmasınlar, əksinə, piyada yürüş etsinlər, müxtəlif idman hərəkətləri ilə məşğul olsunlar və ya açıq meydançalarda oyunlar oynasınlar.  Adətən, etdiyiniz idman hərəkətlərini bu ay 30% azaldın və bu rejimi elə qurun ki, idman hər gün yox, günaşırı olsun. İftarla imsak arasında idman hərəkətləri ilə bərabər, çoxlu maye, əsasən su qəbul etmək lazımdır, bu, gücünüzün bərpası üçün çox vacibdir.

- Fiziki passivliyin insan orqanizmi üçün hans zərərləri var?

- Fiziki passivlik müasir dövrdə ən boyük problemlər sırasındadır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya  ümumi  olüm riski faktorları arasında 4-cü yerdədir. ÜST-ün məlumatlarına əsasən dünyada  15 yaşından yuxarı əhalinin 31,1%-i  fiziki passivdir. Fiziki passivlik ürək-damar, diabet və xərçəng kimi  xəstəliklərın gedişatını  ağırlaşdırır.

13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil. Onların 80%-i gündəlik minimal  60 dəqiqəlik aktivlik rejiminə riayət etmirlər .

Fiziki passivlik barədə danışanda oturaq rejimi də qeyd etmək lazımdır. XX əsrdə oturaq rejimin ziyanını hətta siqaret çəkmənin ziyanı ilə bərabərləşdirirdilər. “Oturmaq yeni  variant  siqaret çəkməkdir” (sitting is a new smoking) ifadəsi bir müddət trendə çevrilmişdi.

-Səidə xanım, fiziki aktivlik dedikdə, hansı fiziki məşğələlər nəzərdə tutulur? Orta intensiv fiziki aktivlik hansıdır?

-Fiziki aktivlik gündə ən azı 30 dəqiqə, həftədə 5 gün orta intensivlikdə idmanın olmasıdır. Uşaqlar və yeniyetmələr üçün bu rəqəm fərqlidir -  gündə 60 dəqiqə.

Orta intensiv fiziki aktivlik isə standart rahat vəziyyətdən 3 dəfə artıq enerji  tələb edən aktivlikdir.  Məsələn, orta templə yürüş, velosiped sürmə, tennis, üzgüçülük və s. Məncə, yürüş aktiv qalmaq üçün ən sadə və əlçatan bir variantdır.

- Fiziki aktivliyin insan sağlamlığı üçün nə kimi müsbət təsirləri var?  Fiziki aktiv olmaqla hansı xəstəliklərin qarşısını almaq mümkündür?

- Fiziki aktivlik ürək-damar, diabet və digər xəstəliklərin profilaktikasında və kompleks müalicəsində vacib rol oynayır. Fiziki aktivlik çəki kontrolu, sümüklərin və əzələlərin möhkəm olması üçün çox vacibdir. Tədqiqatlara əsasən bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi vaxtlar isə daha güclü effekt göstərir.

Aktivliyin orqanizmə müsbət təsiri elmlə  sübüt olunmuşdur. Bu təsirlər arasında aşağıdakıları göstərmək olar:

  • Artıq çəkini kontrol altına salır;
  • Qlükozanı (şəkəri) və insulin balansını tənzimləyir;
  • Ürəyin koronar damarlarında qan axarını artırır;
  • Trombların yaranması riskini azaldır;
  • Qan təzyiqini tənzimləyir;
  • Qanda lipid profili yaxşılaşdırır - “yaxşı” yağların lipoproteidlərin səviyyəsini  artırır, “pis” yağların səviyyəsini azaldır.

 Bunlarla yanaşı,  fiziki aktivlik insanda depressiya, stress və gərginliyi azaldır və ümumi əhvalı yaxşılaşdırır.

- İnsanların fiziki passivliyinin əsas səbəbləri hansılardır?

 - XXI əsrdə  insanların çoxu  vaxtını  kompüter qabağında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Bizim bədənimiz hərəkət üçün hesablanıb. Müasir texnologiyalar və ofis işi şəraiti isə bizi hipodinamik həyat tərzinə meyilləndirir. Bu barədə çox maraqlı rəqəmlər var - böyüklər orta hesabla sutka vaxtının 90%-ni  qapalı məkanlarda keçirir. Gün ərzində təxminən 9 saat oturaq vəziyyətdə oluruq. Oturaq rejimin bizim onurğamızın sağlamlığına, əzələ, skelet strukturlarına və digər sistemlərə mənfi təsiri haqqında sübut olunmuş araşdırmalar mövcuddur. Təbiidir ki,  belə həyat tərzimiz bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.

- Orta və ya ağır fiziki aktivlik fəaliyyəti zamanı dayaq-hərəkət aparatının travmaya məruz qalmaması üçün nələri tövsiyə edərdiniz?

- İlk və ən vacib qayda - hansısa idman və hərəkət zamanı ağrı hiss edirsinizsə,  onu dərhal dayandırın. Ağrı hərəkətinizin düzgün olmaması, ya da bədəninizin bu hərəkətə hazır olmaması barədə xəbərdarlıq edir. Hər bir idmandan əvvəl istilənmə mərhələsini unutmayın, hərəkətin düzgün texnikasını öyrənin, gücünüzü düzgün qiymətləndirin. Fiziki aktivliyə uyğun  qidalanın,  bol su için və dincəlin. Bunlar idmandan sonra əzələlərin bərpasına kömək edəcək.

- Ölkəmizdə insanların fiziki aktivlik səviyyəsi qəbul edilən normalara uyğundurmu? Azərbaycanda daha çox hansı yaşdan olan insanlar fiziki aktiv olmağa üstünlük verirlər?

- Ölkəmizdə də insanlar bütün dünyada olduğu kimi, hipodinamik həyata meyillidirlər. Əvvəlki illərdə insanlar arasında aparılan sorğularda əhalinin fiziki aktivliyi barədə yüksək göstəricilər mövcuddur. Məncə, bu, konkret qrup əhali üçün keçərlidir - cavanlar daha çox aktivliyə və  idmana maraq göstərir. Həm də son illərdə mövcud vəziyyət - pandemiyanın əvvəlində məhdudiyyətlər və  bir çox sahələrdə distant iş və təhsil də bu məsələdə öz rolunu oynayıb. Ən azından öz pasiyentlərimizdə bunu müşahidə edirik.

- Ev şəraitində fiziki aktiv olmaq üçün hansı məşğələlər edilə bilər?

- Gündəlik idman proqramınıza gərmələri, balans üçün hərəkətləri, ümumi  bədənin sağlamlığına müsbət təsir edən, tez-tez müşahidə olunan bel və boyun ağrılarında istifadə olunan idman hərəkətlərini əlavə etmək məsləhətdir. Bu idmanları siz hospitalımızın saytında “Düz qamət - sağlam həyat” rubrikasından öyrənə bilərsiniz.

- Səidə həkim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

Pin It

CƏMİYYƏT

02-Okt-2024 By Elbar Şirinov

RESPUBLİKA DÖVLƏT KƏND TƏSƏRRÜFATI MUZEYİ…

Muzey kollektivi Prezident İlham Əliyevə müraciət

26-Sent-2024 By Elbar Şirinov

SOYDAŞIMIZ QIRĞIZISTAN DÖVLƏTİNİN ORDENİNƏ LAYİQ…

Soydaşlarımızın, istər adi və ya iş adamları olsun

26-Sent-2024 By Elbar Şirinov

"KAPİTAL BANK"DA KAPİTAL NİYƏ ETİBARLI…

Bayıl qəsəbəsinin sakini Hikmət Hüseynovun “Birkar

SİYASƏT

02-Okt-2024 By Asif Memmedov

İSRAİL ƏRAZİSİNƏ İRANDAN 500-DƏN ÇOX…

Ötən gecə İrandan İsrailə 500-dən çox raket atılıb

29-Sent-2024 By Asif Memmedov

"HİZBULLAH"IN LİDERİ BAŞINDAN ALDIĞL AĞIR…

Nəhayət, bu gün İsrailin raket zərbələrindən sonra

27-Sent-2024 By Asif Memmedov

"ŞƏHİDLƏRİMİZİ HÖRMƏTLƏ ANIRIQ!"

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

25-Sent-2024 By Elbar Şirinov

ƏRDOĞAN ZELENSKİYƏ UKRAYNADA ATƏŞKƏS VƏ…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı

23-Sent-2024 By Salih KURT

Prezident Ərdoğan TASC-də mühüm mesajlar…

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk-Ame

MƏDƏNİYYƏT

03-Okt-2024 By Asif Memmedov

UŞAQLARA AİD KİTAB BELƏ TƏQDİM…

Bakı Beynəlxalq kitab sərgisində yeni uşaq kitabın

03-Okt-2024 By Elbar Şirinov

QAZAX YAZIÇISI KEMEL TOKAYEVİN "XÜSUSİ…

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tə

03-Okt-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Üçü birində, bəstəkar, müğənni, şairə və hər üçünd

03-Okt-2024 By Yasemen Memmedov

AŞIQ ƏLƏSGƏRİN ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILMIŞ…

“Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli n

30-Sent-2024 By Elbar Şirinov

X.B.NATƏVAN ADINA 4 №-Lİ KİTABXANA…

Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kit

27-Sent-2024 By Elbar Şirinov

QAZAXISTAN MİLLİ MUZEYİNDƏ MÜXTƏLİF MÖVZULARDA…

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbayca

KRİMİNAL

03-Okt-2024 By Elbar Şirinov

ÖTƏN GÜN 50 CİNAYƏTİN ÜSTÜNÜN…

Oktyabrın 2-də ölkə ərazisində qeydə alınan 25, əv

02-Okt-2024 By Elbar Şirinov

MAŞTAĞADA 4 KİLOQRAM NARKOTİK VASİTƏ…

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü polis ş

01-Okt-2024 By Yasemen Memmedov

HACIQABULDA BAKI SAKİNİ 1 KİLİOQRAM…

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfi

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

03-Okt-2024 By Elbar Şirinov

İRAN VƏ "HİZBULLAH"IN İSRAİLƏ ENDİRDİYİ…

Yaxın Şərq və Qafqaz problemləri üzrə politoloq və

03-Okt-2024 By Elbar Şirinov

XÜSUSİ HƏRBİ ƏMƏLİYYATDA 14 UŞAQ…

Tatarıstandan olan 14 uşaq atası Abraham Melech xü

03-Okt-2024 By Elbar Şirinov

"29 İQLİM SÖHBƏTİ: COP29-A GEDƏN…

"29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə tədb

03-Okt-2024 By Elbar Şirinov

DÖVLƏT KOMİTƏSİNİN APARAT RƏHBƏRİ İKSAD…

3 oktyabr 2024-cü il tarixdə Dövlət Komitəsinin ap

03-Okt-2024 By Elbar Şirinov

FHN DAHA BİR YANĞIN…

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarə

03-Okt-2024 By Elbar Şirinov

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT…

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Azərba

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

30-Sent-2024 By Elbar Şirinov

ASTARADA "KÖHNƏ QALA" KAFESİNDƏ NORMATİV TƏLƏBLƏR…

Astara şəhərinin M.Rəhimov küçəsində fiziki şəxs H

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

03-Okt-2024 By Elbar Şirinov

AVROPA…

Oktyabrın 1-2 tarixlərində Macarıstanın paytaxtı B

TƏHSİL

03-Okt-2024 By Yasemen Memmedov

BANM-D…

BANM-da COP29 çərçivəsində “Bridging the Gap - Y