Xəzər Universiteti “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində Azərbaycan üzrə birincidir...

Universitetdən "Təzadlar"a bildirilib ki, 2023-cü il iyun ayının 1-də dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2023-cü il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək, “THE University Impact Rankings 2023” reytinq cədvəlini açıqlayıb. Reytinqin 5-ci nəşrinə 112 ölkədən 1591 universitet daxil edilmişdir. Xəzər Universiteti sözügedən reytinqdə 601-800 aralığında qərarlaşaraq, Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərən universitetdir. Xəzər Universiteti Təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, yüksək təhsil keyfiyyətini və üstün mövqeyini bir daha təsdiqləmişdir. Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 93-cü yerdə, 2-si üzrə 201-300, 5-i üzrə 301-400, həmçinin, digər 5 sahə üzrə 401-600, iki sahə üzrə isə 601-800 aralığında qərarlaşmışdır.

Reytinq haqqında daha ətraflı məlumat aşağıdakı linkdə: https://www.timeshighereducation.com/impactrankings#!/length/25/locations/AZE/sort_by/rank/sort_order/asc/cols/undefined

Qeyd edək ki, Xəzər Universiteti artıq neçə illərdir bu uğurları ilə diqqəti çəkir. Universitetin elmi-pedoqoji kollektivinə uğurlar arzu edirik!

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN