STEAM-in mahiyyətinə uyğun olaraq, müəllim hazırlığını onlayn formatda deyil, daha çox praktiki, real təlim dərsləri üzərində keçirmək, beynəlxalq əlaqələri, şəbəkələşməni artırmaq doğru olardı.

Zəruri avadanlıqlarla, resurslarla təminat gücləndirilməlidir.

Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz bildirib.

Ekspert bu gün “Bakı Ekspo Mərkəzində“ Elm və Təhsil Nazirliyinin (ETN) təşkilatçılığı ilə keçirilən SAF 2022 -STEAM Azərbaycan festivalında iştirak edib, təəssüratlarını bölüşüb, irad və təkliflərini bildirib.

 O, diqqətə çatdırıb ki, STEAM əsaslı tədris prosesi elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyasını nəzərdə tutur və hazırda bu layihə ölkə üzrə cəmi 320 ümumtəhsil məktəbini və 18 STEAM mərkəzini əhatə edir - ümumilikdə 135 000 şagird STEAM əsaslı tədrisə cəlb edilib.

 Ekspertin fikrincə bu hələlik çox azdır - əhatəlik, kütləvilik artırılmalıdır, hökumət bura əlavə resurslar ayırmalıdır.

“Şagirdlərlə və müəllimlərlə söhbətdən gəldiyim qənaət də odur ki STEAM mərkəzlərini çox artırmaq, ümumiyyətlə hər bir məktəbin özünü belə mərkəzlərə çevirmək vacibdir.

STEAM-in mahiyyətinə uyğun olaraq, müəllim hazırlığını onlayn formatda deyil, daha çox praktiki, real təlim dərsləri üzərində keçirmək, beynəlxalq əlaqələri, şəbəkələşməni artırmaq doğru olardı.

Zəruri avadanlıqlarla, resurslarla təminat gücləndirilməlidir.

Bu gün festivalda həm də DRON kateqoriyası üzrə yarışan bir çox məktəblərin komandaları ilə görüşdüm. Dronları necə əldə etdikləri ilə maraqlandım. Hamısı birmənalı olaraq qeyd etdilər ki, müstəqil olaraq dron əldə edə bilmirlər, dronlar onlara ETN tərəfindən verilir.

Bu tip hallar ölkəmizdə gənclər və uşaqlar arasında keçirilən digər dron yarışlarında da özünü göstərir”, -deyə vurğulayıb.

Osman Gündüz bu cür absurd vəziyyətin hələ də davam etdiyini bildirib:” Dron, qəribə səslənsə də, bizim ölkəmizdə hələ də dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısındadır.

6 dövlət qurumu icazə verməlidir ki, hansısa bir məktəb və ya məktəbli, vətəndaş özünə dron gətirsin.

Qonşu ölkələrdə isə bu tip məsələlər çoxdan öz həllini tapıvb və dronların çox sadə, normal bir qeydiyyat qaydaları müəyyən edilib.

Ümid edirəm RİNN-nin yeni yaranan Agentlikləri Aviasiya haqqında yeni qanunvericiliyin qəbulunadək dronların sadə bir qeydiyyat qaydalarını hazırlayacaqlar”, -deyə ümid etdiyini bildirib.

***

Qeyd edək ki, dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı"nın açılış mərasimi keçirilib. Tədbir dekabrın 9-dək davam edəcək.

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. Festivala ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

 Y.MƏMMƏDLİ

 

 

 

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA