booked.netbooked.net booked.net  

Startap şəhadətnaməsi alıb dövriyyəni artıran startaplar dərhal vergiyə cəlb edilib.

İndiyədək KOBİA-dan Startap şəhadətnaməsi alan 94 qurumdan ikisi də SmarTap və Push30 startapları olub.

TEZADLAR.AZ xəbər verir ki, bunu Multi-Media Mərkəzinin rəhbəri, İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O, həmin startapları təqdimatlarından xatırladığını, ciddi və iddialı qurumlar olduğunu da diqqətə çatdırıb.

Ekspertin əldə etdiyi məlumata görə, startaplar ötən müddət ərzində dövriyyələrini kəskin artırdığından, onlara güzəşt hüququ verən Startap şəhadətnamələri qüvvədən düşmüş hesab edilib...

“Nəticədə böyük məbləğdə vergi ödəmək məcburiyyətində qalıblar. Bunu belə hesab edən də Dövlət Vergi Xidmətidir. Burada maraqlı məqam KOBİA tərəfindən verilən bu güzəştlərdən adı çəkilən qurumların yetərincə bəhrələnməsi və inkişaf edə bilməsidir. Yəni bu startaplar vergi güzəştləri əldə edərək, bu tip resursları da inkişafa yönəldərək qısa müddətdə yüksək inkişafa nail olublar”, - deyə o vurğulayıb.

 Osman Gündüzb izah edib ki, startaplar böyük nailiyyətlərə nail olması müqabilində onlar güzəştlərdən faydalanması ilə ödülləndirilməliydi, hansı ki, bu da gələcəkdə daha çox vergi ödənilməsinə xidmət edəcəkdi

 “Normalda onların bu addımları daha da dəstəklənməli və ekosistemə nümunə olmalıydı. Yəni, əslində DVX diqqət yetirə bilərdi ki, cəmi bir startap qısa müddətə, indiyədək şəhadətnamə alaraq güzəşt əldə edən startapların ödəyə biləcəyi vergidən dəfələrlə çox vergi ödəyə bilib. Belə olan halda vergi qurumu daha çox maraqlı olmalıydı ki, bu cür güşzəştləri alanların sayı çoxalsın ki, yekunda dövlətə daha çox vergi ödəyənlərin də sayı artsın”, - deyib.

Həmçinin ekspert daha bir maraqlı məqama toxunaraq ”İqtisadiyyat Nazirliyi tərkibində olan KOBİA tərəfindən verilən güzəşt, həmin nazirliyin tərkibində olan digər bir qurum  - DVX tərəfindən qüvvədən salınma səlahiyyəti varmı?” sualını da əlaqədar quruma ünvanlayıb.

 

JASMİN

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN