booked.netbooked.net booked.net  

“Bizim milli etimad hökumət ideyamız ondan qaynaqlanırdı ki, milli qüvvələrlə Prezidentin dediyi islahat xəttinə güc verək.” 

*** 

 Azərbaycanın siyasi sistemi, parlamentarizmi, siyasi partiya sistemi, siyasi institutları arasında ünsiyyət o qədər demokratik, ədalətli, o qədər halal qurulmalıdır ki, biz hayqıranda dünya bizim səsimizi eşidən olsun. Məsələn, mənim varlığıma şübhə olacaqsa, hansısa qurumumuzun legitimliyinə şübhə olacaqsa, hansısa qurumun fəaliyyətin deskruktivliyi, ələ almalar və ilaxır varsa, biz həmin qurumun nüfuzun aşağı salırıq.

Bu fikri Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli TEZADLAR.TV-nin efirindən partiyasının sədri Əli İnsanovun  Azərbaycan Prezidentini dəstəkləyən bəyanatı barədə danışarkən bildirib.

 “Mən dəfələrlə təkrar etmişəm: Azərbaycanda hakimiyyətdə bir nəfər var – O, İlham Əliyevdir. Yəni Azərbaycanı tək o təmsil edir – parlament də yox, hökumət də yox. Hətta bizim milli etimad hökumət ideyamız ondan qaynaqlanırdı ki, milli qüvvələrlə Prezidentin dediyi islahat xəttinə güc verək. İdeyanın özü pozitivdir. Onu cücərtmək, inkişaf etdirmək lazımdır”, - deyə diqqətə çatdırıb.

Zəlimxan Məmmədli bu ideyaları ilə bağlı digər müxalif partiya rəhbərlərinə də müraciət etdiklərini, onları da hakimiyyətlə əməkdaşlığa dəvət etdilkərini dilə gətirib, lakin onlardan müsbət cavab almayıblar:

“Biz müxalif dostlarımızla daha güclü bir koalisiya ilə hakimiyyətlə əməkdaşlığa getmək istədik. Müxtəlif bəhanələr etdilər: biri dedi, yorulub yıxılacaqlar, hakimiyyətə biz gələcəyik, biri dedi, YAP-la biz oturmarıq, amma oturublar da... Yəni biz borcumuzdan çıxdıq. Siyasi müxalifətə birlikdə addım ataq demişik. Bu gün əleyhimizə trol qismində fəaliyyət göstərənlər və yaxud da partiya sədrləri olanlar  Əli İnsanov bu bəyanatı idarə heyətinin adından verəndən sonra etik qaydaları pozaraq bəzi ifadələr işlədiblər və göstərişlər veriblər ki, Zəlimxanı qaralayın... Burda həqiqət varsa, niyyət safdırsa və yolunda strateji olaraq tutduğu dövlətin və millətin nəfi hesablanırsa, sənin bu addımların bizə təsir etməyəcək. Amma ağıllanarsan, gələrsən, bizdən masa istəyərsən, gəl oturaq deyərsən, bu başqa məsələ”, - siyasətçi diqqətə çatdırıb.

 Siyasətçinin sözlərinə görə, xalq hərəkatı öz dövrünü çoxdan başa vurub:

“Heç zaman biz onları düşmən cərgəsinə ayırmırıq, bu sadəcə olaraq bizim siyasi reallığın bir hissəsidir ki, meydan eyforiyası bitib. Xalq hərəkatı öz missiyasını yerinə yetirib və gedib. Fərqli bir mühit yaranıb, fərqli bir dünya var. Mənə deyirlər xalq hərəkatının üzvüsən... Hərəkatın üzvü olmaq nə deməkdir – qışqırım azadlıq, istefa? Mənim ağlım, dərrakəm varki çağdaş siyasi reallıqlara uyğun, uzlaşdırıcı bir mövqeyə sahibəmsə siyasətdə olacam, yox deyiləmsə, gedib öz işimlə məşğul olacam...   ”

Qeyd edək ki, Zəlimxan Məmmədli 17 iyul 1957- ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub.

1981-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Stomatologiya fakültəsini, 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib.

1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.

Hazırda Haqq Ədalət Partiyası Ali Məclisinin sədridir, Borçalı İctimai Cəmiyyətinin, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədridir, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavinidir.

Y.MƏMMƏDLİ 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN