booked.netbooked.net booked.net  

ABŞ-ın baş prokuroru Merrik Qarland sanksiyaya məruz qalan rusiyalı oliqarxdan müsadirə edilən aktivlərin Ukraynaya yardım üçün ayrılacağını açıqlayıb.

 CNN- məlumatına görə, o, bunu ABŞ Ədliyyə Departamentində Ukraynanın baş prokuroru Andrey Kostinlə görüşü zamanı deyib.

"Bu gün mən müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynada istifadə üçün ilk dəfə köçürülməsinə icazə verdiyimi elan edirəm. Bu müsadirə edilmiş aktivlər mən keçən ilin aprelində rusiyalı oliqarx Konstantin Malofeyevin sanksiyalardan yayınmada ittiham olunduğunu elan etdikdən sonra ortaya çıxıb", - deyə baş prokuror bildirib.

Daha sonra diqqətə çatdırıb ki, onun icazəsi ilə müsadirə edilən vəsait Ukrayna xalqına dəstək məqsədilə Dövlət Departamentinə veriləcək.

Onun sözlərinə görə, Rusiya hərbi cinayətkarları ABŞ-da sığınacaq tapmayacaqlar.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN