Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xanı

dekabrın 3-də İsrail və Fələstinə səfəri zamanı Qəzza zolağına getmədiyinə görə qərəzlilikdə qınayıblar .

Bu barədə HƏMAS-ın Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.

 “Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın İsrailə səfəri və onun Qəzza zolağına getmədən və qarşı tərəfi dinləməkdən narahat olmadan 7 oktyabr hadisələri ilə bağlı hökm çıxarması ədalətin əsas prinsiplərinə ziddir. Kərim Xanın bəyanatlarını və onun İsrailin yalan və aldadıcı versiyalarının lehinə olan qərəzliyini qınayırıq”, - deyə qeyd edilir.

 Vurğulanır ki, həmçinin onun dünyanın müxtəlif ölkələrindən Qəzzada uşaqlara və mülki şəxslərə qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı ilə bağlı həqiqəti öyrənmək üçün onu ziyarət etmək çağırışlarına qarşı çıxmasını da pisləyirlər.

 Xatırladaq ki, ötən gün Xan İsrail və Fələstinə səfər edib və münaqişənin hər iki tərəfində iddia edilən müharibə cinayətləri ilə bağlı ən ətraflı araşdırma aparacağına söz verib.

O, səfəri zamanı cinayət qurbanlarının qohumları, həmçinin prezident Mahmud Abbas da daxil olmaqla Fələstin liderləri ilə görüşüb və vurğulayıb ki, münaqişə mürəkkəbdir, lakin beynəlxalq humanitar hüquqa yenə də riayət edilməlidir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

İsrail HƏMAS-ı buna görə cəzalandırmaq istəyir. Və Qəzza zolağı atəş altında saxlanılır.

İsrail HƏMAS-ın təslim olmasını istəyir, yoxsa bu müharibənin uzanacağını bildirib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında bir neçə dəfə girovların azad edilməsi və humanitar atəşkəs elan edilib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN