booked.net booked.net  

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya Qəzza zolağının Rəfah şəhərində “etibarlı plan olmadan hərbi əməliyyata başlamamalıdır” xəbərdarlığı edib.

Ağ Evdən verilən yazılı açıqlamada Co Bayden və Benyamin Netanyahunun telefon danışığında "HƏMAS tərəfindən saxlanılan bütün əsirlərin azad edilməsinin təmin edilməsi səylərinin" müzakirə edildiyi bildirilib.

TEZADLAR.AZ Türkiyə KİV-n istinadən xəbər verir ki, bəyanatda Baydenin Netanyahuya “Rəfahda 1 milyondan çox insanın təhlükəsizliyini təmin etmək üçün etibarlı və həyata keçirilə bilən plan olmadan hərbi əməliyyat başlamamalıdır” fikrini təkrarladığı qeyd edilib.

Bəyanatda Baydenin "günahsız fələstinli mülki şəxslərə humanitar yardımın səmərəliliyini və ardıcıllığını artırmaq üçün təcili və konkret addımlar atmağa çağırdığı" və prezidentin ayrıca "Həmas"ın məğlub edildiyini görmək və İsrail ilə xalqının uzunmüddətli təhlükəsizliyini təmin etmək sahəsindəki birgə hədəfi" bir daha təsdiq etdiyi vurğulanıb.

Digər tərəfdən, Fələstinin rəsmi agentliyi WAFA Rəfahdakı xəstəxana rəsmilərinə əsaslanaraq, İsrailin Rəfah şəhərinə hücumları nəticəsində 100-dən çox insanın öldüyünü, yüzlərlə yaralının isə xəstəxanalara çatdırıldığını bildirib.

Yerli mənbələr döyüş təyyarələrinin intensiv artilleriya atəşi və döyüş gəmilərinin dənizdən intensiv atəşi ilə eyni vaxtda 40-a yaxın hava hücumu həyata keçirdiyini, xüsusilə köçkünlərin yaşadığı bir çox ev və məscidin hədəfə alındığını qeyd edib.

Fələstin Qızıl Aypara Cəmiyyəti də İsrailin hücumlarının daha çox Rəfah şəhərinin mərkəzində olduğunu və hücumlarda mülki vətəndaşların evlərinin də hədəf alındığını açıqlayıb.

Fevralın 9-da İsrail Baş Nazirlik ofisindən verilən açıqlamada Netanyahunun ordu və təhlükəsizlik təşkilatına Qəzza zolağının cənubuna hücum etmək və oraya sığınan təxminən 1,5 milyon fələstinlini köçürmək üçün lazımi planı hazırlamaq göstərişi verdiyi qeyd edilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN