booked.net booked.net  

Yanvar ayının sonunda Qırğızıstanın ümumi beynəlxalq ehtiyatları 3 milyard 313,49 milyon dollara çatıb.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə QR Milli Bankının saytında məlumat verilib.

 Bu, Qırğızıstan Respublikası Milli Bankının bütün tarixində ən yüksək ehtiyat səviyyəsidir.

 Bundan əvvəl ehtiyatların ən yüksək səviyyəsi 2021-ci ilin sentyabrında (3 milyard 241,14 milyon dollar) və 2023-cü ilin dekabrında (3 milyard 236,48 milyon dollar) olub.

 2024-cü ilin yanvar ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə ümumi beynəlxalq ehtiyatlar 77,01 milyon dollar artıb. Ötən ilin yanvarından fərqli olaraq, onlar 563,5 milyon dollar artıb.

 Milli Bank valyuta bazarındakı kəskin dalğalanmaları yumşaltmaq üçün ehtiyatlardan istifadə edir. 2023-cü ildə o 14 müdaxilə edib və 655,72 milyon dollar satıb.

Qeyd edək ki, hesablamalara görə, ötən il Azərbaycanın cəmi valyuta ehtiyatları 9 milyard 653,3 milyon dollar artıb. Bu artımın 7 milyard 36 milyon dolları ARDNF-nin aktivlərinin artması, 2 milyard 617,3 milyon dolları Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə bağlı olub.

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29,1 faiz artaraq 11,6 milyard dollara çatıb. Bütövlükdə isə, ötən ilin sonlarında Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin yekunu ilə müqayisədə 17 faiz çoxdur.

2023-cü ildə Mərkəzi Bankda keçiril­miş valyuta hərracının 92 faizində təklif tələbi üstələyib.

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN