booked.netbooked.net booked.net  

Ötən üç ildə Gürcüstanda əhalinin sayı azalıb, buna səbəb ölüm nisbətinin artması, doğum səviyyəsinin isə azalmasıdır.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Demoqraf üzrə ekspert Merab Xmaladze açıqlama verib. O bildirib ki, bölgələrə görə qismən artım yalnız Acarıstan, Tbilisi və Kartli bölgələrində qeydə alınıb. 2021-2022-2023-cü illərdə ən çox artım isə Gürcüstanın etnik azərbaycanlı vətəndaşları arasında qeydə alınıb. Əhalinin azalmasına baxmayaraq, demoqraf son illərdə müşahidə olunan bəzi müsbət tendensiyaları da qeyd edib. Bu, ilk növbədə, körpələrin və 1 yaşadək uşaqların ölüm səviyyəsinin azalması və orta ömür müddətinin artmasıdır. Ekspert qeyd edib ki, doğum nisbətinin artması üçün ailələri təşviq etmək və müxtəlif sosial layihələr həyata keçirmək lazımdır, əks halda Gürcüstan əhalisinin sayı tədricən azalacaq.

Xatırladaq ki, Gürcüstanın Milli Statistika İdarəsinin 2014-cü il hesabatına əsasən, bu ölkədə yaşayan azərbaycanlıların sayı 233 000 nəfər təşkil edib.

Onu da qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, əvvəllər burada yaşayan azərbaycanlıların sayı daha çox olub.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN