booked.netbooked.net booked.net  

 Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan vəzifəsindən azad edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə erməni KİV-i xəbər yayıb.

Belə ki,  səfir Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad edilib. "Maariflənmiş Ermənistan" partiyasının lideri Edmon Marukyan 2022-ci ilin martında həmin vəzifəyə təyin edilmişdi.

2024-cü il fevralın 29-da Edmon Marukyan Baş nazir Nikol Paşinyana ER xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilməsi üçün ərizə təqdim etdiyini açıqlayıb. Marukyan qərarını fundamental xarici siyasət məsələlərində hakimiyyətlə fikir ayrılığı ilə əsaslandırıb.

Ermənistan KİV-ləri daha əvvəl də Paşinyanın digər partiyalara mənsub olan  dövlət məmurlarını yola salacağı barədə məlumatlar dərc etmişdilər...  

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN