booked.netbooked.net booked.net  

 “Slovakiya Rusiyaya tətbiq edilən sanksiyalara qarşıdır və Ukraynaya heç bir silah və ya hərbçi göndərməyəcək”.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar (Juraj Blanar) Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: “Sanksiya Avropa İttifaqına Rusiya iqtisadiyyatından daha çox zərər vurur. Dövlətimiz Rusiyadan çox Slovakiyaya zərər verəcək başqa heç bir sanksiyanı dəstəkləməyəcəyik".

Nazir, həmçinin vurgulayıb ki, ölkəsi Ukrayanaya silah da verməyəcək, çünki onlar iki ölkə arasında sülhün bərqərar olmasının tərəfdarıdır.

"Slovakiyanın yeni hökuməti olaraq biz ölkə anbarlarından Ukraynaya heç bir silah tədarük etməyəcəyik. Hökumət Ukraynaya təxminən 40 milyon avroya başa gələn silah paketinin göndərilməsini dayandırdı. Bizim mövqeyimiz indi əvvəlkindən daha aydındır, çünki sərhəd yerindən tərpənmir və biz bu böhranın yeganə həlli olan atəşkəsə və sülh danışıqları prosesinə çağırırıq", - deyə Slovakiya XİN rəhbəri bəyan edib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN