booked.netbooked.net booked.net  

Yeni bir nüvə stansiyasının inşasına investisiyaların planlaşdırılıb -planlaşdırılmadığı ilə bağlı sualı cavablandıran Volvaç bildirib ki,  əvvəlcə mütəxəssislər layihənin reallığını qiymətləndirməlidir.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç qarşıdakı illərdə Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına 1 milyard dollardan çox, sərmayə yatırmaq niyyətində olduqlarını söyləyib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Volvaçın sözlərinə görə, bu vəsait infrastruktura, enerji və nəqliyyata, eləcə də mədən sənayesinə yatırılacaq.

Yeni bir nüvə stansiyasının inşasına investisiyaların planlaşdırılıb -planlaşdırılmadığı ilə bağlı sualı cavablandıran Volvaç bildirib ki,  əvvəlcə mütəxəssislər layihənin reallığını qiymətləndirməlidir.

Məlumata görə, əvvəlki illər ərzində Rusiyadan Ermənistana yatırılan investisiyaların ümumi həcmi, təxminən 2 milyard dollar təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Məlumata görə, Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixində 4,9 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir və  1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə fəaliyyətə başlayıb. Şirkət, həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində də iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində də 10 % paya malikdir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN