Azərbaycanlı Pərviz Paşa oğlu Nəsibov Yaponiyada keçirilən Olimpiadada Ukraynaya gümüş medal qazandırmaqla, Azərbaycanı sevindirdi, Ukraynanın isə üzünü ağartdı. Ukrayna mətbuatı yazır ki, "Ukraynalı Pərviz Nəsibov Tokioda keçirilən Olimpiya Oyunlarında yunan-Roma güləşində 67 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb Amma o, finalda İranlı Məhəmməd Rza Giraya 1: 9 hesabı ilə uduzub(. Ukrayna Prezidenti Vladimir Zelenski Pərviz Nəsibovu qələbə münasibətilə təbrik edib. Prezident Tvitter səhifəsində yazıb: "22 yaşında bu, böyük bir nailiyyətdir. Pərviz əla idmançıdır! Bu, bizim ikinci gümüş medalımızdır və ümumilikdə səkkizincidir, əminəm ki, oyunlardakı son medal deyil".

Xatırladım ki, yarımfinalda Pərviz Nəsibov dördqat Afrika çempionu, Misirli güləşçi Məhəmməd İbrahim El-Sayedə qalib gəlib.
A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA