booked.netbooked.net booked.net  

Həyatın sürprizlərlə dolu olduğunu bilirdim. Adi və önəmli sürprizlərin olduğundan da xəbərim vardı. Ara-sıra adi sürprizlərlə qarşılaşmışdım. Lakin həyatımın belə böyük və önəmli sürprizi ilə qarşılaşacağımı heç düşünmürdüm.

Yayın isti günlərinin birində onunla qarşılaşdım. Əvvəllər adını eşitmişdim. Və nədən ona Ağ Div adı verdiklərini anlaya bilmirdim.

Uzaqdan mənə yaxınlaşan hündürboy Ağ Divi gördüm. Ağlığını görən kimi anladım. Bəs nədən Div? Bunu da anladım... bir müddət sonra. Mənə görə Div - nəhəng deməkdir. Bu arıq hündürboy adamı da Div edən məhz onun hərəkətləri, fərqli davranışı, maraqlı söhbətləri, dərin baxışları idi. O, həyata başqa pəncərədən baxırdı. O, uzaqları görürdü. Bu... nağıllardakı adamyeyən Div deyildi. Bu... insanları sevən, onların qayğısına qalan, onlara dəstək olan Div idi. Bu... insanları kiçicik gözləri ilə sakit edən, ümid verən Div idi.

Giya Paçxataşvili. O, həyata elə-belə gəlməmişdi. Onun hələ ana bətnində olduğu zaman bir missiyası var imiş. Anasını ölümdən qurtaran kiçicik, hələ dünyaya göz açmayan körpə zərbəni özünə çəkib ağ divciyə dönür. O zaman onun bundan xəbəri yox idi. Bunu çox illərdən sonra bilən Givi həyatın axarında addımlamağa başlayır. Bu dəfə başqa missiya üçün gələn Givi yazar olur, şair olur. Üç dildə yazır və tərcümə edir. İtirə-itirə tapan, tapa-tapa itirən Givi çox şeylərə nail olur. Zaman keçdiqcə o, Nər Divə dönür.

Nər Div onu gələcəkdə həyatının yoldaşı olan Lamara adlı gözəl gürcü qızı edir. Nər Div sevir. Nər Div sevilir. Zaman barmaqların arasından süzüldükcə 18 ildən sonra Lamaranı da barmaqlarının arasında saxlaya bilmir. Həyatının sevincini, ömrünün mənasını soyuq torpağa tapşırır Givi. Tək Div olur. Tək... tənha. Qəmi ilə, dərdi ilə, Lamarasız günləri, ayları ilə... tək. Dostları hər zaman yanında olur, lakin onların heç biri Lamaranın yerini vermir

Nə üçün yaşadığını, kim üçün nəfəs alırdığını bilməyən Tək Divin nəriltisi, niskili şeirlərin sətirlərində oxunur, eşidilir. Tək Div gücünü itirməkdə idi. Lakin bu dəfə Tək Div Ağ, özü də qəlbinə mismarla Xatirəni saçlarından sancan Div olur.

Lamaranı tanımırdım. Əgər Nər Div onu sevirdisə, deməli, sevilməyə layiq idi, sevilməyə dəyərdi. Xatirəni gördüm. Çox sevdim. Elə ilk görüşdə nədən Ağ Divin yanında olduğunu anladım. Hər ikisi - Div də, Xatirə də sevgiyə, qayğıya, bir-birinə möhtac idi. Hər ikisi yaralarına məlhəm idi. Hər ikisi süddə yanıb suya üfürürdü. Tanrı onları birləşdirib hər ikisini tamamladı.

Mənim ən böyük və ən önəmli sürprizim belə insanlarla bir şəhərdə yaşamağım, bir havanı udmağımdır. Onlarla həmsöhbət olmağım, onlarla dostluq etməyimdir. Tanrı onları qorusun!

Esmiralda Şükürova

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN