Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 740 yeni yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 473 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 537 nəfər müalicə olunaraq sağalıb, 6 327 nəfər vəfat edib, aktiv xəstə sayı 30 595 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 103, ötən müddət ərzində isə ümumilikdə 4 751 264 test aparılıb.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA