Bizdə qayda belədir, bir vəzifəli şəxs, yüksək mənsəb sahibi, yaxud tanınmış adam yıxılandan sonra onun bütün qanunsuz əməlləri, yaramazlıqları, başqa iştəkləri barədə ifşaedici şok açıqlamalar verilir, malı-mülkü ortalığa tökülür.

Məsələ burasındadır ki, yıxılmağa bir addımlıq məsafə qalsa belə, nədənsə, əvvəlcə hamı susur. Sanki qarşılarındakı qurbanı parçalamaq üçün kiminsə işarətini səbrsizliklə gözləyirlər. Hətta "yıxılanı baltalamağa" meyllilərin də sükutu pozub-pozmayacağı veriləcək son qərardan asılı olur.

İndi də belədir. Milli Məclisin deputatı Eldəniz Səlimov yıxılmaq üzrədir. Elə deyirlər. Kim bilir, bəlkə də deputatlıq mandatından məhrum edilməsinə sayılı günlər qalıb.  Çünki artıq Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib. S.Qafarova deputatların tələbini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə isə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Gözlənti budur ki, E.Səlimov deputatlıq mandatından məhrum ediləcək, ya da… Ona görə də "yıxılanı baltalayanlar" "bəlkə də qaytardılar” xofu altında susaraq fürsət gözləyirlər.

Uzun sözün kəsəsi, heç kəs bəri başdan özünü "pis kişi" etmək, yaxud "ağrımayan başına buz bağlamaq istəmir. Hətta yıxılanı baltalamaqda pərgar olanlar da. Ancaq şahidi olacaqsınız ki, E.Səlimov "rəsmən yıxılsa", Milli Məclisin iclas zalında balta səsindən qulaq tutulacaq, od püskürüb atəş qalayacaqlar.

Yalnız bir neçə həmkarının mətbuata yüngülvari açıqlaması istisna olmaqla, qalanları bəlkə də E.Səlimova xoş getsin deyə susmağı tərcih edirlər ki, bu da bizim fikrimizcə, başadüşüləndir. Deyir, birdən işdi, olmadı elə, oldu belə... Yəqin elə bu səbəbdən deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə bəzi deputatlara, hüquqşünaslara, "media kapitanlarına" ünvanladığımız suallar cavabsız qalıb. Halbuki biz kiminsə nə yıxılmasını, nə də baltalanmasını istəyirik. Sadəcə, yıxılan görəndə ona həmkarlarının baxış bucağını öyrənməkdən özümüzü saxlaya bilmirik. Bir daha təkrar edirəm ki, bizim yıxılanla-filanla işimiz olmaz. Əlbəttə ki, onlar törətdikləri əməllərə, çıxartdıqları pəstəhalara, bulaşdıqları pis işlərə, qol qoyduqları iştəklərə görə qanun qarşısında cavab verəcəklər.

Ancaq yenə də baltalananlar və baltayanlar bizdən inciməsinlər. Çünki bir media orqanı olaraq təkcə biz yox, bütövlükdə cəmiyyət kimisə yerə düşəndən sonra baltalayana birtəhər baxır.

ELBAR


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA