booked.netbooked.net booked.net  

Saakaşvilinin bu günkü məhkəməsi maraqlı anlarla yadda qalıb...

"2008-ci ildə İlham Əliyevlə "Spa Resort"da görüşəndən sonra neft və benzinimiz bir saniyə belə kəsilmədi, qazın qiyməti bahalaşmadı, nə də Milli Bankın tədarükü dayanmadı", - deyən keçmiş prezident Mixeil Saakaşvili məhkəmə prosesində özünü müdafiə etdiyi zaman bildirib ki, İlham Əliyevlə "Spa Resort"da görüşdüyünə görə ona 11 il həbs cəzası vermək istəyiblər: "2008-ci ildə İlham Əliyevlə "Spa Resort"da görüşəndə biz oraya əylənməyə getməmişdik! İlham Əliyevin Gürcüstan müharibəsi zamanı bizə necə kömək etdiyini daha sonra deyəcəm. Lakin indi onu qeyd edim ki, görüşdən sonra neft və benzinimiz bir saniyə belə kəsilmədi, qazın qiyməti bahalaşmadı, nə də Milli Bankın tədarükü dayanmadı. Həmçinin, Azərbaycanla sərhədlərimiz də bir saniyə belə olsun bağlanmadı. Bəli, mən "Spa Resort"da Əliyevlə bunlar üçün görüşdüm, indi buna görə mən 11 il cəza çəkməliyəm?", - deyə Saakaşvili bildirib.

Məhkəmə prosesində daha maraqlı məqamlar az sonra təqdim ediləcək...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN