Redksiyamıza Lerik rayonu, Camal Şahıyev küçəsi, ev 8, mənzil 15-də yaşayan Qarabağ əlili Məmmədov Üzeyir Cavanşir oğlunun ürək parçalayan məktubu daxil olub.

Ü.Məmmədov ona qarşı edilən haqsızlıqlardan yazır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosail tibbi ekspert komissiyası tərəfindən ona qarşı olunan haqsızlıqdan şikayətlənir. Tabor komandiri Tehran Mənsimovun onu təkidlə hospitala göndərdiyini və 2 ay müalicə aldıqdan sonra yenidən döyüşə qayıtdığını qeyd edir. Bu səbədən Tehran Mənsimovla əlaq saxladıq. T.Mənsimov bildirdi ki, “düz deyir, birinci Qarabağ savaşında Üzeyir qəhrəmancasına döyüşüb. Məmmədov Üzeyir Azərbaycanı sevən, vənpərvər igid snayperçim idi. O, 14 erməni öldürdü. Sayını bilmədiyim neçəsini də Allah bilir. Qardaşım Üzeyir kişi oğlu kişidir. O, çox pis yaralanmışdı. Allah onu qorusun”.

Bəli, ürək parçalayn bu hekayə bir  gəncin həyatıdır. Hansı ki, bütün sağlamlığını itirib. Çox təəssüf, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosail tibbi ekspert komissiyasında bu işlərə cavabdeh olan nümayəndələr nədən I və II Qarabağ müharibəsi əlillərinə qarşı bu haqsızlığı davam etdirirlər?

Üzeyir Məmmədov yazır: “1991-ci ildə rus hərbi xidmətindən imtina edib vətənə gəldim. 1992 feralından Bakıda, sonra isə bizi Füzuli rayonunun Qacar kəndinə apardılar. Füzulidə olan bütün döyuşlərdə iştirak etmişəm. 1993-cü il aprel ayının 2-də erməni-rus birləşmələrinin Qacar kəndinə hücumu zamanı tankın atdığı mərmi nəticəsində kontuziya aldim. Tabor komandiri Tehran Mənsimov qulağımdan qan gəldiyini görub məni Qaraxənbəyli hospitalina göndərdi, uzun müalicədən sonra sol qulağım eşitmədiyi üçün və başımda olan fasiləsiz ağrı və səslərə görə həkim məni evə buraxsa da, imtina edib döyuşə - yoldaşlarımın yanına qayıtdım. 1993-cü il avqust ayının 3-də ermənilər Füzuli rayounun  Kürdmahmudlu kəndini mühasirəyə aldılar. Mən qolumdan və ayağımdan ağır yaralandım, yoldaşlarım məni Beyləqan hospitalına, oradan da vertalyotla Bakıdakı Papani hospitalına gətirdilər. Üç ay müalicə olundum, nəfəs ala bilmədiyim uçun müayinəyə göndərildim. Müayinə zamanı ciyərlərimdə su yığıldığı aşkar olundu və  məni Bakı şəhərinin Nizami rayonunda yerləşən 8-ci km. qəsəbəsindəki Vərəm İnstitutuna göndərdilər. Uzun müalicədən sonra rayona həkim nəzarətinə göndərildim. 2004-cü ildən II dərəcəli müddətsiz əliləm. 2011-ci ildə ailə vəziyyətim ağır olduğu və dərmanlarımı ala bilmədiyim üçün II dərəcəli əlilliyimi III etdim ki, işləyim. 4 ildir şəkərdən əziyyət çəkirəm. 2021-ci ilin may ayında sənədlərimi tibbi sosial ekspertizaya göndərdim. 2 dəfə imtina gəldi. Sonra iyul ayında canlı müayinəyə getdim, həkim təkcə ayağıma güllə yerinə baxdı və heç nə demədi. 45 gündən sonra 1923-ə zəng etdim, dedilər, əlilliyin dayandırılıb, əsas səbəb mənim işləməyimdir. Əgər işləməsəydim, 6 baş ailəni necə dolandıra bilərdim? Mən sağlamlığımı 19 yaşımda itirmişəm, niyə bizə qarşı haqsızlıq olunur? 1993-cü ildən bu günə kimi baş ağrısından bir gün belə dərmansız yata bilməmişəm. Xahiş edirəm, mənə kömək edin”.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Elbar ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA