booked.netbooked.net booked.net  

...Çoxsaylı jurnalistlərin ustadı, professor Cahangir Məmmədlinin 80 yaşı tamam olur... Tələbələri, tanıyanlar onu jurnalistikamızın praktik məktəbi bilir. Sakit təbiətli, yumşaq xasiyyətli, 30 illik yurd həsrətli professorun ən böyük qazancı da elə ondan öyrənən və indi oxucunu sözə hörmətlə yanaşmağı öyrədən yetirmələrinin say çoxluğudur...
***
Bu gün yanvarın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli ilə görüş keçirilib. Professor Agentliyin ölkə mediasının inkişafına yönələn fəaliyyətini, “Media haqqında qanun”un geniş ictimai müzakirələrini yaxından izlədiyini bildirib. C.Məmmədli artıq parlamentin müzakirələrindən keçmiş qanun layihəsinin ölkə mediasının həyatında yeni keyfiyyət mərhələsinin əsasını qoyacağını vurğulayıb. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu il gerçəkləşdiriləcək yeni layihələr və “Media haqqında qanun”dan irəli gələn məslələr barədə ətraflı bəhs edib. Görüşün sonunda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 80 illik yubileyi münasibəti ilə professor Cahangir Məmmədlini təbrik edib, ona möhkəm can sağlığı arzu edib.
***
...Bəli, Cahangir Məmmədli sözün qiymətli söz mənasında məktəbdir, müəllimdir, öyrədəndir. Və onun bir zamanlar auditoriyada öyrətdiyi tələbələri indi cəmiyyəti-oxucunu aşkarlığa, təmiz sözə, ifadə və söz azadlığına öyrətməkdədir. 
İndiki 80-niniz, qarşıdan gələn 90 və 100-ünüz mübarək, Cahangir müəllim! Göydə Allaha, yerdə Ali Baş Komandana və Ordumuza, bu ordunu yetirən xalqımıza şükürlər olsun ki, 30 il həsrətində olduğunuz doğma yurdunuza-erməni işğalından azad olunmuş Qarabağınıza da qovuşdunuz...
Asif MƏRZİLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN