Rusiyanın Ukraynaya təcavüzü artıq bu ölkənin özünün imicinə böyük zərbə vurub...

Xüsusən də ötən müddətdə Rusiya Ordusunun nəinki arzusuna çatmaması, eləcə də işğal etdiyi əraziləri əldən verməsi bu ordu ətrafında tarixən yaranmış mif məhv edildi... İş o yerə gəlib ki, artıq Ukrayna hərbçiləri Rusiyanı diz çökdürəcəkləri ilə hədələyirlər.  Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində açıq şəkildə deyib ki, cəbhədə vəziyyət çətin olaraq qalır, lakin Ukrayna qoşunları müdafiə xəttini saxlayır. "Rusiya bu il 100 minlərlə hərbçisini itirəcək və geri çəkilməyə məcbur olacaq...".

 "Amma biz müdafiəni saxlayırıq və ən əsası düşmənə öz niyyətlərini həyata keçirməyə imkan vermirik. Onlar yazda, yayda və payızda Donetsk vilayətini ələ keçirəcəklərini deyirdilər. Artıq bu həftə qış başlayır. Onlar ora nizami ordunu göndəriblər, hər gün yüzlərlə səfərbər olunmuş əsgər və muzdlu hərbçi itirirlər", - deyən Zelenski əlavə edib: "Baxsınlar,  bu il Rusiya hətta “nə qədər də muzdlu hərbçi itirəcək, onu təkcə Allah bilir... Ancaq Ukrayna davam gətirəcək. Dünya hər şeyi edəcək ki, bu cinayətkar müharibədə günahkar olan hər kəs müttəhimlər kürsüsünə əyləşsin”.

Müharibə isə davam edir.

A.Məmmədli

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA