booked.netbooked.net booked.net  

Ermənistanın hərbi-siyasi rəhbərliyi var gücü ilə sülh prosesinə mane olur...

Bilə- bilə ki, vaxt itirməklə nəyəsə nail olmaq mümkün deyil, əksinə, əldə olan və Azərbaycanın tarixi ərazisi olmuş torpaqlarının da itirilməsi baş verə bilər.

İndi isə yenidən reallığa uyğun olmayan təkliflər irəli sürürlər. Azərbaycan tərəfi isə Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib. Tezaflar.az "Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Nazir söyləyib ki, rəsmi İrəvan Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edir. O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: "Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”,  - nazir deyib.

Mirzoyan əlavə edib ki, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.
Belə görüşlər çox olub. Bəs Paşinyan bu görüşdə siyasi iradə nümayiş etdirməyə, Makronun diqtəsindən imtinaya hazırdırmı? Çünki Ermənistanın bir gözü Moskvada, bir gözü isə Parisdədir...
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN