booked.net booked.net  

Ukrayna müvəqqəti olaraq işğal edilmiş Krımı 2023-cü ildə - yayın sonuna qədər azad edəcək.

Amerikanın Səsi-nin yaydığı xəbərə görə, bu proqnozu ABŞ-ın istefada olan generalı Ben Hodces verib.

 Onun sözlərinə görə, yarımadanın azad edilməsi üçün Perekopa hücuma tanklar göndərmək lazım deyil.

Hətta general hücum planı da təklif edib: rus qoşunlarını Krımdan çıxarmaq üçün yarımadanın təchizat yollarını daima atəşə tutmaq kifayətdir və bu marşrutlardan yalnız ikisi var - Kerç körpüsü və Melitopoldan keçən quru dəhliz.

“Artıq bu gün Ukrayna bu hədəfləri vurmağa qadirdir və Krım getdikcə rusiyalılar üçün tələyə çevrilir”, -deyə Ben Hodces əminliklə bildirib.

 Onun sözlərinə görə, “əgər ukraynalıların uzaqmənzilli ATACMS raketləri olsaydı, onlar artıq Krımda Rusiyanın hər bir qərargahını, nəqliyyat qovşağını və ya sursat anbarını bombalaya bilərdilər və bu, yarımadanı Rusiya silahlı qüvvələrinin mövcudluğu üçün yararsız edərdi”.

***

Xatırladaq ki,  2014-cü ildə Krımda keçirilmiş referendumun nəticəsinə görə, yarımada Rusiyanın tərkibinə daxil olmuşdur. Qeyd edək ki, o zaman həmin referendum dünyanın bir çox dövlətləri tərəfindən qanunsuz hesab edilmiş və tanınmamışdır.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN