booked.netbooked.net booked.net  

Ukrayna düşmənləri on iki dəfə Ukrayna prezidentini öldürməyə cəhd ediblər...

Tezadlar.az "The Independent" portalına istinadla bildirir ki, sən demə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns Rusiyanın hərbi əməliyyatları öncəsi Ukraynaya gizli səfəri zamanı prezident Vladimir Zelenskiyə “sui-qəsd” təhlükəsi barədə ona xəbərdarlıq edib. Və bu barədə məlumat ABŞ-ın müxtəlif prezidentlərinin administrasiyaları haqqında kitabların müəllifi Chris Whipple-ın şəxsi “The Battle of His Life: Inside Joe Biden's White House” adlı kitabında da təsvir edilmişdir.
Qeyd olunur ki, Berns döyüş əməliyyatları başlamazdan əvvəl Kiyevə Zelenskiyə “Rusiyanın onu öldürmək planı” barədə məlumat vermək və Zelenskinin yaşadığı “vəziyyəti yerində yoxlamaq” üçün gəlib. Hansı ki, Zelenskinin ABŞ xəbərdarlıqlarına münasibəti kifayət qədər qeyri-adi olub. Whipple-yə görə, Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoruna – ABŞ-ın Rusiyadakı keçmiş səfirinə Zelenskiyə “Rusiya sui-qəsdlərinin dəqiq təfərrüatlarını” təqdim etməyi tapşırıb: “Bu, dərhal Zelenskinin diqqətini çəkdi; o, bu xəbərdən məəttəl qaldı, özünə gəldi...”.
Məlumatda “Ukrayna rəsmilərinə” istinadla qeyd edilir ki, Zelenski hərbi əməliyyatlar başlayandan bəri Rusiya qüvvələri tərəfindən 12-dən çox ayrı-ayrılıqda həyatına su-qəsd cəhdindən sağ çıxıb. Publisistin kitabına görə, Bernsin Kiyevə səfəri zamanı açıqladığı ABŞ kəşfiyyatı sayəsində azı iki sui-qəsd cəhdi uğursuz alınıb: “Kəşfiyyat o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiyanın onun həyatına iki ayrı sui-qəsd cəhdinin qarşısını almağa kömək edəcəkdi”.

Bu məlumatlar bir daha təsdiqləyir ki, peşəkar kəşfiyyatçılar öz işini necə ustalıqla və incəliklə həyata keçirə bilirlər...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN