booked.net booked.net  

Qarabağın işğaldan azad edilmiş ərazilərinə köçürülmələr planlı şəkildə davam edir...

Belə ki, 2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 1 727 keçmiş məcburi köçkün ailəsinin (6 754 nəfər) qayıdışı təmin edilmişdir. Tezadlar.az AzərTAC- a istinadla bildirir ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev məqaləsində belə deyib. Sİtat: "Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir, dövlətimizin başçısının tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə cənab Prezident işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın tədbirdə iştirak etmiş, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoymuş, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını etmişdir”.

 S.Nuriyev deyib ki, yaşayış məntəqələrinin salınması ilə yanaşı, Qarabağda böyük bərpa-quruculuq işləri də aparılır: “Orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilmiş, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir”.

Xatırladırıq ki, Qarabağın işğaldan azad edilmiş ərazilərində bərpa və tikinti işləri davamlıdır və ardıcıl olaraq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA