booked.netbooked.net booked.net  

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Tbilisi Şəhər məhkəməsində baş tutan növbəti məhkəmə iclası dünən başa çatıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, iclasda xarici ekspert, Nobel mükafatı laureatı həkim Ceyms Kobb və “Empati” tibb mərkəzinin rəhbəri Mariam Cişkariani Saakaşvilinin səhhəti ilə bağlı hakimin suallarını cavablandırıb. Ekspertlər Mixeil Saakaşvilinin səhhətində ciddi problemlər olduğunu təsdiq ediblər. Mariam Cişkarianinin sözlərinə görə, Mixeil Saakaşvilinin səhhəti hökmün icrasına mane olur. O, bildirib ki, mövcud diaqnozlar nəzərə alınaraq, sabiq prezidentin penitensiar sistemə (həbsxanaya) köçürülməsi düzgün rəftar hesab olunmaz. Cişkariani qeyd edib ki, Saakaşvili həbsxanaya düşəndə 115 kq olduğu halda indi o, 42 kq arıqlayıb və bu proses davam edir. Amerikalı ekspert Ceyms Kobb isə ötən məhkəmə iclasında olduğu kimi, Saakaşvilinin səhhətində ciddi problemlər olduğunu təstiqləyib və onun hətda müxtəlif əməliyyatlar olunması üçün zərurət yarandığını bildirib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze isə öz növbəsində bildirib ki, ekspertlərin açıqladığı məsələlər Saakaşvilinin cəzasının təxirə salınmasına əsas verir.

 Ekspertləri dinləyən hakim Qiorqi Arevadze növbəti iclasın 20 yanvar saat 11:00-da keçirilməsi barədə qərar verib.

Gürcüstanın hakim dairələri isə hələki beynəlxalq təzyiqləri və müraciətləri nəzərə alıb Saakaşvilinin azad edilməsində maraqlı görünmür. 

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN