booked.netbooked.net booked.net  

“Rusiya Prezidenti Vladimir Putin ordusunu gücləndirmək məqsədilə yaxın günlərdə ikinci səfərbərlik dalğasını elan edə bilər. Bəlkə də Kreml rəhbəri səfərbərliyi bugünkü çıxışında elan edəcək”.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Məlum olur ki, V.Putin bu gün Sankt-Peterburqda doğulduğu Leninqrad şəhərinin 1943-cü ildə alman faşistlərinin mühasirəsini yarmasının 80 illiyi ilə bağlı çıxış edəcək: “Putin xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir. Odur ki, onun bu gün səfərbərlik elan edəcəyi gözləniləndir. Ukrayna və Qərb kəşfiyyatı dəfələrlə bildiriblər ki, Kreml yanvarın ortalarında səfərbərliyin növbəti dalğasını elan edə bilər”.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin bu gün, yanvarın 18-də Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlamalar verəcəyini söyləmişdi. Britaniyanın “The Times” nəşri daha əvvəl bildirmişdi ki, Rusiya 500 min nəfərlik yeni səfərbərlik planı hazırlayır.

Dünya mediası da bir müddətdir yazır ki, indiyədək müharibədə yüz mindən çox canlı qüvvə itirən Rusiya Müdafiə Nazirliyi artıq xeyli vaxtdır, hətta məhbusları belə döyüşə cəlb edir. Bu barədə əsir düşənlərin ifadələri də təsdiqləyir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN