booked.netbooked.net booked.net  

Qəzetin Ramiz Mehdiyev və Əli Həsənov tərəfindən 25 illiyə Ağdama deputat və indiyədək də baş redaktor edilmiş rəhbərinin təxribatçı hərəkəti üzə çıxdı…

 Bir müddət əvvəl Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetində rəsmi şəxslərin adından və imzasından istifadə ilə plagiat yazıların müntəzəm olaraq dərc edildiyi üzə çıxmışdı… Bu barədə məsələ, hətta Milli Məclis səviyyəsində qalmaqallı müzakirəyə də səbəb olmuşdu.

 İndi isə Bəxtiyar Sadıqovun sosial mediada yayımlanan daha bir «peşəkarlığı», daha doğrusu, dövlət başçısına təxribatı üzə çıxıb.

 Təqdim edilən fotoşəkil «Azərbaycan» qəzetinin ötən ilin sentyabrın 15 tarixli sayındandır. Prezident İlham Əliyevin fotoşəklinin altında iri şriflərlə «70 il təkadamlıq kamera»da saxlanıldı» kimi başlıq yerləşdirilib. Təsəvvür edin, qəzetin həmin səhifəsini oxuyan nabələd oxucu nə düşünməlidir??? İndi özünüz nəticə çıxarın.

 Bu əməl açıq şəkildə Prezident, Ali Baş Komandan İlham Əliyevə qarşı təxribat deyilmi? Bəs görəsən, Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarova, yaxud Prezident Administrasiyasında mediaya cavabdehlik daşıyanlar bu təxribatçı yazını görməyiblər? Bəxtiyar Sadıqova qarşı hansı tədbir görülüb??? Dövlət büdcəsindən yemlənən qəzet, daha doğrusu, onun baş redaktoru bu gündədirsə, daha sözümüz yoxdur…

Biz faktı təqdim etdik, tədbir görmək aidiyyəti yüksək çinli məmurlara qalır. Əsasən də Parlamentin sədri hörmətli Sahibə xanım Qafarovaya!

Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

P.S.Bu yazı cənab Prezident İlham Əliyevin və spiker Sahibə xanım Qafarovanın tvitter səhifəsinə də yerləşdirildi…

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN