Rusiya prezidenti Vladimir Putin bu gün, mayın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə iki ayrı görüş keçirəcək, ardınca liderlər arasında üçtərəfli danışıqlar olacaq.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Onun (Putinin) Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla iki ikitərəfli görüşü olacaq", - Kremlin sözçüsü bildirib.

“Bundan sonra biz üçtərəfli görüş gözləyirik - Putin, Əliyev, Paşinyan”, - sözçü əlavə edib.

Peskov həmçinin qeyd edib ki, mayın 25-də Böyük Kreml sarayında Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. “Burada Rusiyada işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti [Sadır] Japarov, Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri [Mixail] Myasnikoviç iştirak edəcəklər", - sözçü bildirib.

Bundan əlavə, Peskov aydınlaşdırıb ki, Azərbaycan prezidenti İlham Əliyev görüşdə şəxsən iştirak edəcək, Özbəkistan və Tacikistan liderləri Şavkat Mirziyoyev və Emoməli Rəhmon isə videobağlantı vasitəsilə tədbirə qatılacaqlar.

Kreml sözçüsü bildirib ki, proqram təxminən saat 11:00-da nümayəndə heyətləri başçılarının birgə fotosessiyası ilə başlayacaq. Onları Böyük Kreml sarayında Rusiya lideri qarşılayacaq. Daha sonra mətbuat katibi bildirib ki, iştirakçılar dar tərkibdə bir araya gələcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə ünsiyyət davam edəcək. Yekun sənədlər də imzalanacaq.

“Dövlət və hökumət başçıları daha sonra işgüzar səhər yeməyində - elə həmin yerdə, Böyük Kreml sarayında ünsiyyətini davam etdirəcək”, - Peskov əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN