booked.net booked.net  

"Ermənistanın təhlükəsizlik arxitekturası Rusiya ilə bağlı idi - təhlükəsizlik sahəsində yalnız bir ölkəyə tam etibar etmək strateji səhvdir".

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "La Repubblica" qəzetinə müsahibəsində deyib. O, həmçinin silah-sursatın da təkcə Rusiyadan alınmasını ciddi səhv adlandırıb: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,999% Rusiya ilə bağlı idi, o cümlədən silah və sursatların alınması. Lakin bu gün Rusiyanın özünün də silah-sursata ehtiyacı olduğu bir şəraitdə, aydındır ki, Rusiya Federasiyası Ermənistanın təhlükəsizlik ehtiyaclarını istəsə belə ödəyə bilməz. Yəni, bu nümunə bizə göstərməlidir ki, təhlükəsizlik sahəsində yalnız bir yerə asılılıq və ya bağlılıq özlüyündə strateji səhvdir”.
 Paşinyanın sözlərinə görə, yalnız Ermənistan “bu səhvin acı bəhrəsini daddıqdan” sonra İrəvan təhlükəsizlik siyasətini şaxələndirmək cəhdlərinə başlayıb. Paşinyan Ermənistanın KTMT-nin sənədlərini ratifikasiya etməməsinin səbəbini də açıqlayıb: “Ermənistan ictimaiyyətində Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatının (KTMT) praktikası ilə bağlı dərin məyusluq yaranıb və cəmiyyət bunu yaşamaqda davam edir. Hesab edirəm ki, bu, göz qabağındadır. Ən azı deyə bilərəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi üzrə funksionallıq və danışıqların mümkünlüyü baxımından sizin təsvir etdiyiniz vəziyyət böhrandan xəbər verir. Düşünürəm ki, bu problem təkcə Ermənistanın deyil, Kollektiv Təhlükəsizlik Təşkilatınındır. Bu, həm də Ermənistanın 2022-ci ilin payızında İrəvanda keçirilən KTMT sammiti zamanı bir sıra sənədləri ratifikasiya etməməsinin və ya ona qoşulmamasının səbəbidir”, - deyə baş nazir Nikol Paşiniyan əlavə edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA