booked.net booked.net  

Azərbaycan Milli Məclisin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Tezadlar.az bildirir ki, bəyanatın mətnini deputat Hikmət Babaoğlu oxuyub. Bəyanat səsverməyə qoyularaq qəbul edilib. Deputatlar bəyanatın qəbulunu ayaqüstə alqışlayıblar.

 Bundan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib". Spiker əlavə edib ki, “Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artıb”. Ardınca Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN