Son zamanlar, sosial şəbəkələrdə müxtəlif adlar altında "fəaliyyət" göstərən "gənc xanımlar"ın bir çox kişiləri cazibədar görünüşləri ilə
torlarına salmaları, daha sonra şantaj yolu ilə ciblərini soyduqları barədə məlumatlar dolaşmaqdadır. Laki çoxları başına gələnləri etiraf etməkdən belə çəkinir, çünki arxasında rüsvayedici məlumatlar yatır...
Çoxunun eşitdiyi belə xəbərlərlə bağlı tanınmış təhsil eksperti Elçin Əfəndi də sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Artıq elə bir dövrə gəlib çatmışıq ki, süni intellekt həyatımıza daxil olub. Bu isə bir qədər yox, daha diqqətli olmağımızı tələb edir. Bəzi kibercinayətkarlar süni intellekt əsasında qadın, kişigörünüşlü fake düzəldir. O, sizinlə əlaqə yaradır, danışa bilir, bir qədər də irəli gedərək ağlınızı başdan ala bilir və booom. Tələyə düşdünüz. Ondan sonra da şantaj prosesi dövriyyəyə girir. Əvvəllər bunu canlı insan edirdisə, indi süni intellekt əsasında yaradılan fake insan edir", - deyə məşhur ekspert xəbərdarlıq edib.
Ekspert vurğulayıb ki, sən demə, İspaniyada (Barselonada) bir modellik agentliyi süni intellektlə virtual model yaradıb və onun sayəsində ayda 11000 $-dan çox qazanır. Adı Aitana Lopezdir.
Elçin Əfəndi həmin "xanım"ın instaqram hesabını da paylaşıb:
İnstagram hesabı: https://instagram.com/fit_aitana?igshid=OGQ5ZDc2ODk2ZA==
Yəqin ki, tələyə düşmək istəməyən gözəllik aşiqləri, bundan sonra daha ağıllı davranacaqlar...
Y.MƏMMƏDLİ