booked.net booked.net  

...Qadınlara qarşı zorakılığa görə məsuliyyət getdikcə artmaqdadır...

Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, ölkənin Tkibuli meriyasının yüksək vəzifəli məmuru həyat yoldaşına qarşı zorakılıqda ittiham edilərək həbs olunub. Məlumata görə, meriyanın satınalma xidmətinin rəhbəri Coni Kasraşvili sərxoş halda həyat yoldaşına zor tətbiq edib. Qadın kömək üçün təcili yardım çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları da həmin yerə gələrək Tkibulidən olan yüksək rütbəli məmuru həbs ediblər. Bildirilir ki, Kasraşvili hazırda Bağdati təcridxanasındadır və ittihamın rəsmi təqdimatını gözləyir, bundan sonra məhkəmə ittihamın detallarını müzakirə edəcək.

Azərbaycanda da qadınlara qarşı belə hallar baş verir. Lakin bəzi hallarda bu hadisələr gizli saxlanılır və barışıqla nöqtələnir. Bu cür rəftarların olmaması üçün isə insanların məsuliyyətini dərk etməsi, qadınlara qarşı münasibətdə aqressivliyə son qoymaları tələb edilir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN