booked.netbooked.net booked.net  

İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi «Təzadlar» qəzeti kollektivinin Novruz bayramını təbrik edib.

Səfirlikdən daxil olan təbrik məktubunda deyilir: «Xalqlarımızın müştərək mədəni irsi olan Novruz bayramı münasibəti ilə  Sizi, ailə üzvlərinizi və bütün Azərbaycan Respublikasının xalqını ürəkdən təbrik edir, bu bahar təravətli bayramda dövlətlərimiz və xalqlarımız arasında mövcud olan mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzulayıram.

 Uca Allahın dərgahından Sizə mövkəm can sağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının şərafətli dövlətinə və xalqına isə əmin-amanlıq, rifah və tərəqqi diləyirəm.

Hörmətlə,

Seyyid Abbas Musəvi,

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri».

iran-teb-2

iran-teb-1

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN