booked.netbooked.net booked.net  

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda şübhəli bilinənlərdən 4-ü  saxlanılıb.

Tezadlar,az xəbər verir ki, sosial şəbəkələrdə sözügedən şəxslərin dindirilmə görüntüləri yayılıb. Saxlanılanlardan Tacikistan vətəndaşı olan şəxs deyib ki, sifarişçilər onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar: “Təxminən 500 min rubl pula görə öldürdüm. Hələ pulun yarısını almışdım”, - deyə o bildirib. Şübhəli vəsaitin karta köçürüldüyünü vurğulayıb. O, həmçinin, silahla sifarişçilər tərəfindən təmin olunduğunu qeyd edib. Digər şübhəlinin sözlərinə görə, o, magistral yolda yerləşən yataqxanada Muhammad adlı şəxslə yaşayıb. Daha sonra terrordan 10-12 gün əvvəl “Telegram”da Abdulla adlı şəxslə tanış olub. Abdullah qohumlarından avtomobil alaraq taksi kimi işlədib. Saxlanılan şəxslə tərcüməçi vasitəsilə tacik dilində ünsiyyət qurulub.

 


Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN