booked.net booked.net  

Noyabr ayında Türkdilli diasporunn rəhbəri Hicran Abdullayev KASSAK-ın sədri Salih Kurtla görüşü zamanı  KASSAK ilə birgə işdən məmnun olduğunu bildirdi.

Abdullaev bu komissiyanın fəaliyyətini yaxından izlədiyini söyləyərək vurğuladı:

“Qarabağ müharibəsi zamanı və sonrasında baş verən hadisələr hamımızı narahat edir. Biz hamımız erməni terrorçularının vəhşiliyinin, mülki şəxslərin qətlinin, vandaliz aktlarının şahidi olduq. Təəssüf ki,  dünya ictimaiyyəti ermənilərin bu cinayətlərindən xəbərsiz idi.

Dünya Türk Jurnalistləri Cəmiyyətinin prezidenti və KASSAK-ın sədri Hörmətli Salih Kurt bu komissiyanı yaradaraq, Azərbaycan xalqının bu ağrısını və əzablarını yaxından hiss edərək, özü və komissiya üzərinə bir hədəf - erməni cinayətləri barədə dünyaya məlumat vermək, bütün bu vəhşilikləri bütün bəşəriyyətə çatdırmaq kimi missiya götürdü. Komissiyanın yerinə yetirəcəyi bu gözəl missiya barəsində bir çox ölkələr, o cümlədən Ukrayna da tanışdır. Ümid edirəm ki, komissiya öz missiyasını səmərəli şəkildə yerinə yetirəcək və  ermənilərin Qarabağda insanlığa qarşı törətdikləri cinayətləri araşdırııb  dünyaya elan edəcəkdir.

Türkdilli diaspor adından Salih Kurta bu məsul işində hərtərəfli dəstəyimi bildirirəm və ümid edirəm ki,  tez bir zamanda komissiyanın ilkin nəticələri ilə tanış olacağıq”

KASSAK sədri Salih Kurt da öz növbəsində türkdilli diasporanın rəhbəri Hicran Abdullayevə təşəkkürünü bildirdi və bunları dedi:

“Bəli, biz öz üzərimizə çətin və məsul bir vəzifə götürmüşük. Ermənilərin Qarabağdakı  cinayətləri ilə barışa bilmərik və biz bütün bu cinayətləri aşkar edib dünya ictimaiyyətinə çatdırmalıyıq.  Mən bir insan olaraqbu cür cinayətlərə biganə qala bilmərəm. Biz həmişə olduğu kimi, bu gün də azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Onların ağrısı bizm ağrımızdır və biz qarşımızda duran vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışacağıq.  Bizə göstərilən dəstəyə görə  də Hicran Abdullayevaya da öz təşəkkürümü bildirirəm ".

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN