booked.netbooked.net booked.net  

Baş prokuror Kamran Əliyev helikopter qəzası ilə bağlı şayiə yayanlara xəbərdarlıq edib...

“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”. Baş Prokurorluğun mətbuat xidmətindən "Təzadlar"a verilən məlumata görə, bunu Kiyevdə səfərdə olan Azərbaycanın Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.  Kamran Əliyev bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb: “Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq”.

Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır: “Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycanın qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”.

Bəli, istintaq davam edir, əsas odur ki, "qara qutu" salamatdır və deformasiyaya uğramayıb, şifrələnir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN