booked.net booked.net  

...Dövlət Sərhəd Xidmətinin təlim uçuşuna yollanan 14 zabitinin həlak olmasına bütün cəmiyyət yas tutur... Amma Radio və TV-lərimiz, nədənsə, öz proqramlarına dəyişiklik etmədən çal-çağırından qalmayıb. Bu isə ictimai etirazlarla qarşılanıb... Azərbaycan Medianın İnkişafı Agentliyini şöbə müdiri, tanınmış media mütəxəssisi Rüstəm Əbülfətoğlu da özünün fb səhifəsində bu barədə sərt mövqeyini açıqlayıb: "14 İgidimizin bir anda Şəhid olması fonunda bəzi TV və radioların efir cədvəlində, ələlxüsus, əyləncəli və yumoristik verilişlərin yayımında heç bir dəyişiklik etməməsi həqiqətən acı təəssüf doğurur. Bu ilk növbədə milli kimlik, milli düşüncə və milli mənəviyyat məsələsidir… Yeri gəlmişkən, “Media haqqında” yeni Qanun layihəsində TV və radiolar üçün nəzərdə tutulan vəzifə və yayıma dair tələblərdə bu məqama xüsusilə həssas diqqət yetirilib. Layihəyə əsasən, hüzn və matəm günlərində komediya və erotik filmlər, yumoristik, əyləncəli, ümumiyyətlə, matəm günlərinin mahiyyətinə uyğun olmayan musiqi janrında proqramlar, televiziya və radio viktorinalar, o cümlədən reklamlar yayımlanmamalıdır. Bununla yanaşı, TV və radiolar ən azı hər 2 saatda bir dəfə hüzn və matəm günü ilə bağlı ictimaiyyətə məlumat verməlidirlər... Bəli, aydındır ki, mənəviyyat məsələsi Qanunla tənzimlənmir... Amma hər halda matəm və hüzn günlərində saat 12.00-da bir dəqiqəlik sükut elan edilməsi də artıq Qanun layihəsinə salınıb ki, mənəviyyat boşluğumuzu vətəndaş məsuliyyəti ilə Qanunun ayrıca, xüsusi maddəsi doldursun".
Bəli, mənəviyyat qanunla tənzimlənmir, qan və genlə, milli dəyərlərlə formalaşır...
Asif MƏRZİLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN