booked.net booked.net  

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı yayılan məlumatları

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov şərh edib.

 "TEZADLAR.AZ" xəbər verir ki, A.Eyvazov bununla bağlı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır:

"Bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mühəndis işləri şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Hacıyev ATV kanalına müsahibəsində deyib ki, Ermənistan tərəfinin Ağdamın minalanmış əraziləri barədə təqdim etdiyi xəritələr həqiqətə uyğun gəlmir. Onun sözlərinə görə, xəritələrin bir hissəsi 50 faiz doğrudur, digəri isə 20-30 faiz uyğun gəlir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN