booked.netbooked.net booked.net  

Bu gün MM önündə keçirilən aksiyanın - cəsarətli iştirakçısı olan səlyanlı bir vətəndaş deputat Fəzail Ağamalıya 2 torba gilas gətirib... bu addım deputatı bərk qəzəbləndirib. O, deyib: “Birincisi, mən gilasdan yox (?!), ümumi mövsümü meyvələrin bahalaşmasından danışmışam. İkincisi isə Salyandan meyvə almıram və ona ehtiyacım da yoxdur (?!). Əksinə, özüm seçicilərimə kömək edirəm (?!). Onu deyən çox böyük səhv edir. Yalan danışırlar. (?!) Yenə boş-boş danışmağa (?!) başlayıblar və Fəzail Ağamalını hədəfə götürüblər. Böhtandır (?!).". Kimin yalan, kimin doğru danışdığını sübut edən linki şərhdə paylaşmışam. Özünüz baxın, görün. Möhtərəmin gilas haqqında sözləri olan müsahibə artıq onu götürən Axar.az saytında tapmadım, yəqin məcbur ediblər pozsun, təkrar çapını paylaşdım".
Millət vəkili sonra deyib: "Bu şər və böhtanla hara qədər gedəcəklər? Anti-Azərbaycan qüvvələri bu gün Fəzail Ağamalı kimi insanları linç edir. Bir söz deyirsən, onu 50 yerə yozub, linç eləməyə çalışırlar. Bu cür şərəfsiz böhtanlara son qoymaq lazımdır".
Tanınmış araşdırmaçı jurnalist Çingiz Sultansoy özünün fb statusunda yazır: "Bu deyilənlərdən bir neçə qənaətə gəlmişəm: 1. Möhtərəm Fəzail Ağamalı məlimin savadını bimirəm, amma məntiqi zəifdi, özü-özünü təkzib edir, yalan və zidd fikirləri dilə gətirir. 2. Azərbaycanda fikrini bildirməkdən çəkinməyən müxalif və müstəqil düşüncəli insanlar az deyil, onlar marginal deyil, sözlərini eşidən yetərincə çoxdur. 3. Belə insanların həqiqəti deməyi, öz rəyini çoxları kimi mətbəxdə yox, açıq bildirməyi, səmimi gülüşü deputatlara və nazirlərə, başqa möhtərəmlərə ciddi təsir edir. (Zatən eləməlidir də, bunu çoxdan bilirəm, bir daha əmin oldum). 4. Bizim şəbəkələrdə yazmağımız, rəy bildirməyimiz boşuna vaxt itirmək deyil, səmərəsiz deyil, demokratik mübarizənin bir yüngül formasıdır. 5. Bunu davam eləmək, fəallaşdırmaq lazımdır ki, daha böyük səmərə versin. 6. Demə, nəhəng maaşlı möhtərəm deputatın çiy sözünə gülməklə, mən də anti-Azərbaycan qüvvələrin arasına düşmüşəm. Yəni, möhtərəm və başqa deputatlar - yalançılar, tumandan çıxan bülletenlə saxta seçilmişlər, rüşvətxorlar və s. Azərbaycanı təmsil edir, biz isə - həqiqəti deyənlər, obyektivlik və qanun istəyənlər, anti-Azərbaycan qüvvələrini? Bəlkə əksinə? Adımı sənə qoyaram, sənisə yaya-yana? 7. Kimin şərəfli, kimin şərəfsiz - yalançı, saxtakar olduğunu demirəm, müəyyən etməyi oxucuların öhdəsinə buraxıram, onlar daha yaxşı bilər...".
Əlavə şərhə ehtiyac varmı?
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN