booked.netbooked.net booked.net  

...Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir...
Xalqımız cəmiyyətdə qanunçuluğun zəfəri yolunda əzmlə çalışmış belə ziyalılarla daim qürur duyub, onları qoruyub, zamanın sərt təlatümlərindən hifz edib. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, yüksək tədqiqatçılıq məharəti, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə cəmiyyətdə rəğbət qazanmış belə ziyalılardan biri də Bakı Dövlət Universitetinin müəllimi, psixologiya üzrə elmlər doktoru Bayramov İmdad Mustafa oğludur.
İmdad Bayramov dünyaca məşhur alim Xudu Məmmədov, akademik, əməkdar elm xadimi Adilə Namazova, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmləri doktoru, professor Lətif Hüseynov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov, iqtisad elmləri doktoru Teymur Vəliyev, ilk dəfə Azərbaycanda kriminalistika kitabının yazarı professor Kəmalə Sarıcalınskaya, tarix elmlər doktoru Tofiq Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov və digərlərinin doğulduğu torpaqda - Ağdamda anadan olub.
TANITMA: O, 1983-ci ildə A.A.Jdanov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Psixologiya fakültəsinə daxil olan İmdad Bayramov 1988-ci ildə həmin fakültənini bitirdikdən sonar Azərbaycan Dövlət Universitetinin (indiki BDU) psixologiya kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan xalqının etnik psixoloji xüsusiyyətlərin inikası” mövzusunda namizədlik dissertasiyası mudafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2007-ci ildə “Qloballaşma şəraitində separatizmin sosial-psixoloji məsələləri” doktorluq dissertasiyası mövzusunu göturmuş və 2007-ci ildə BDU-nun əyani doktoranturasına qəbul olmuşdur.
2022-ci ildə dissertasiyasını uğurla müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müsbət qiymətləndirilibdir. Məhz tədqiqatında yeniliklərinə görə psixologiya üzrə elmlər doktoru elmi adına layiq görülüb.  
Tanınan alim İmdad Bayramov keçmiş Sovetlər Birliyi ölkələrinə daxil olan ölkələrin alimləri içərisində yeganə şəxsdir ki, qlobal dünyada seperatizimin sosial-psixoloji məsələlərini tədqiq edir. Özü də bu sahədə yeganə azərbaycanlı alimdir ki, dünyanın ən nüfuzlu elmi dərgilərində problem dünya səviyyəsində təqdim edir.
74a97aa9-9802-4afe-954d-b190caa23c38
Qeyd edilən mövzu ilə bağlı Azərbaycan, Rusiya, Avropa ölkələri, Kuba, Braziliya, Asiya ölkələrinin elmi jurnallarında çoxsaylı elmi məqalələri dərc edilib. Beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri (bazaları)-də İmdad Bayramovun elmi məqalələrinə kifayət qədər sitat və istinadlar verilib və bu da onu göstərir ki, Azərbaycanın dünyaya tanıdılması və ermənilərin əsl üzünü göstərən məqalələri ilə dünya alimlərinin diqqətini çəkə bilib.
İmdad Bayramov ilk dəfə tədqiqatlarında separatçılıq probleminin sosial-psixoloji məsələlərini qloballaşma proseslərinin dinamikasında sistemli şəkildə araşdıran alimlərdəndir. Onun araşdırmalarının elmi yeniliyi həmçinin separatçılıq fenomeninin tarixi-sosial dinamika şəraitində sosial-psixoloji səbəblərini, problemin və onun yaranmasına şərait yaradan amillərin psixoloji strukturunu, tiplərini və funksional xarakterini müəyyənləşdirməkdən, tövsiyələri işləyib hazırlamaqdan ibarətdir.
Elmi tədqiqatlarla yanaşı professional müəllim olan İmdad Bayramov uzun illərdir Bakı Dövlət Universitetində gənclərə təhsil verir. Alimlik erudisiyası, intellektual səviyyəsi ilə elmi ictimaiyyətin etimadını qazanan İmdad Bayramov ictimai fəallığı, idarəçilik və təşkilatçılıq fəaliyyəti ilə də seçilir. İstər müəllim, istərsə də alim kimi çalışdığı illərdə, istərsə də bizim günlərdə daim tələbələrin xeyirxahı, qayğıkeşi olub. Onlarla səmimi, xoş münasibət yaradıb, istedadlı gəncləri daim önə çəkməyə çalışıb.
Tanınmış alim auditoriyanı ələ almaq məharəti, yüksək elmi səviyyəsi, ünsiyyət bacarığı, təmkini, mədəniyyəti, tələbkarlığı, sadəliyi ilə tələbələrinin dərin rəğbətini qazanıb. Yüksək peşəkarlıqla qələmə aldığı kitablarla, məqalələrlə tanışlıq zamanı onun həm də siyasi proseslərin inkişaf məcrasını düzgün dəyərləndirə və dərin fəlsəfi-analitik təhlil süzgəcindən keçirən, Azərbaycanın qazandığı uğurlara qəlbən, ruhən sevinən vətənpərvər ziyalı olduğunu göstərir. Bu məqamda əsl ziyalı üçün səciyyəvi olan daha bir keyfiyyətin üzə çıxdığını görmək olur: Bu, İmdad Bayramovun Qarabağın layiqli təmsilçisi olmasıdır.
Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Dəyərli alim, Bakı Dövlət Universitetinin dosenti, psixologiya üzrə elmlər doktoru İmdad Bayramovun tədqiqatları Azərbaycanın xarici siyasəti üçün bir strateji mənbə, bu sahədə tədqiqat aparan alimlər üçün istinaddır.
Mənə sonda o qalır ki, İmdad Bayramovu ürəkdən təbrik edim, ona elmi fəaliyyətində daha böyük uğurlar diləyim! Faktdır ki, mübarizlik, əzmkarlıq və arzularının ardınca yalnız irəli getmək və çalışqanlıq ona uğur qazandırdı! Mübarizəniz mübarək! 
Asif MƏRZİLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN