booked.netbooked.net booked.net  

Müğənni Roza Zərgərli "German Hospital"da başına gətirilənlərdən danışıb.

***

"Uzun müddətdir arıqlamaq istəyirəm. Araşdırdım ki, mədəyə balon qoyaraq çəki atırsan. Tanıdığım həkimə müraciət etdim. Dedi ki, sizin ayağınızda problem var, sizə olmaz. Məsləhət gördü ki, mədəqatlama əməliyyatı edək, mən də razılaşdım. Bariatrik metabolik cərrah Aslan Abdullayevlə danışdım, getdim "German Hospital"a. Analiz etdirdim, dedilər ürəyinizdə su var. Amma əməliyyata təsiri yoxdur".

 Bu sözləri müğənni Roza Zərgərli instaqramda canlı yayımda deyib. O bildirib ki, həkimin səhvi ucbatından səhhətində ciddi problem yaranıb:

"Mayın 2-də mən və yaxın bir insanımı əməliyyata saldılar. Klinikanın rəhbəri gəlib, əlini-əlinə çırpıb pulu istəyirdi. Pulumu verdim, əməliyyatımı etdirdim. Yaxınım əməliyyatın ortasında narkozdan ayılıb, həkimlərə əl atıb. Mən isə iki gündən sonra reanimasiyadan çıxdım. Mayın 7-də konsertə getməli idim, getdim. 20 dəqiqə orata oturandan sonra çadır başıma fırlandı. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarnıma dolub. Əgər mən dar paltar geyinməsəydim, ağrım olmasaydı çirk, maye qarnıma yığılıb, bir gecə öləcəkdim. Sonra da hamı deyəcəkdi ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdim, təcili yardım maşını məni evə gətirdi bə Aslan həkimi çağırdı. Dedi ki, heç nə olmayıb. Sonra başıma bir iş gəldi, özümdən getdim, 20 dəqiqə sonra ayıldım. Bir neçə dəfə belə oldum. Rəfiqəm dedi ki, məcbur həkimə aparılmalıdır, yoxsa öləcək. Məlum olub ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan və klinikanın rəhbəri İlham həkim insanöldürənlərdir. Hər iki həkimə deyirəm ki, təzminat ödəyin. 

Xəstəxana heyəti kasıb, başı çıxmayan adamların pulunu yeyə bilər. Həkimlərin lisenziyası alınmamış, klinika bağlanmamış əl çəkən deyiləm", - deyə müğənni bildirib.

 

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN